İçki məhsulları üzrə brend meneceri tələb olunur

İşəgötürən – Azərsun Holdinq
Vakansiya – Brend Menecer (İçki məhsulları kateqoriyası)
Tələblər:
– Marketinq və menecment sahəsində ali təhsilli olmalı;
– Azərbaycan içki məhsullar bazarında minimum 2-3 illik iş təcrübəsi olmalı;
– İngilis və rus dili biliyi arzu olunandır;
– MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;
– Yaradıcı, innovativ və strateji düşünmə bacarığı olmalı;
– Komandada işləmə, mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmalı;
– Bir neçə işin paralel idarə edilməsi bacarığı olmalı;
– Qrafik dizayn, veb dizayn, istehsal və s. sahəsində ən son tendensiyalar, texnologiya və metodologiyalarla tanışlığı olmalı;
– Məqsəd və nəticə yönümlü çalışmalı;
– Ezamiyyətə gedə bilməli.
İş haqqında:
– Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
– Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brief verilməsi və prosesin idarə edilməsi;
– Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
– Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqram vasitəsi ilə kod açılması və sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
– Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
– Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
– Mütəmadi olaraq satış analizlərinin hesabatlarının verilməsi və analiz nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
– Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
– Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
– Məsul olduğu kateqoriya , marka portfelində məhsul satışlarını izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi;
– Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
– Marketinq büdcəsinin k’narlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi;
– Keçirilmiş marketinq kampaniya pressreliz mətnlərinin yazılması;
– Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
– Anbar qalıqlarının izlənilməsi , dövretməsi zəif olan məhsullarla bağlı satış və ticari marketing komandasının məlumatlandırılması;
– Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək
– Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
– Kateqoriya, marka və kanal strategiyalarının hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər hr.azersun.com saytından qeydiyyatdan keçərək və ya c[email protected] poçt adresinə ( başlıqda “ Brend Menecer (İçki məhsulları kateqoriyası) “ qeyd olunmalıdır) cv-lərini göndərərək müraciət edə bilərlər.
Vakansiyalar
- 1 gün, 18 saat, 5 dəq
- 5 gün, 17 saat, 55 dəq
- 5 gün, 17 saat, 58 dəq
- 6 gün, 11 saat, 13 dəq
- 6 gün, 11 saat, 55 dəq