HotelShop satış təmsilçisi axtarır

Satıcı


İşəgötürən: HotelShop

Vakansiya: Satış təmsilçisi

Son tarix: 09 oktyabr 2022

Vəzifə öhdəlikləri:

-Yeni müştərilər ilə əlaqələrin yaradılması, məhsulların təqdimatı və satışı;

-Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanılması və möhkəmləndirilməsi, onlara yeni məhsulların təqdimatı;

-Həm cari, həm yeni müştərilər üçün müvafiq qiymət paketini hazırlanması;

-Mütəmadi olaraq, satış və müştərilər barədə hesabatların rəhbərliyə təqdim edilməsi;

-Daimi olaraq, yeni müştərilərin axtarılması;

Şərtlər:

-Satışa görə bonuslar

-Əmək haqqı 500 AZN + Əlavə satışa görə faiz 

-İş qrafiki həftə içi 09:00 – 17:00, şənbə 10:00 – 13:00, bazar-istirahət günü

-Müntəzəm yerli və xarici təlimlərin verilməsi

-AR qanunvericiliyinə əsasən sənədləşmə 

-Telefon danışıq haqqının verilməsi  

-Şəxsi avtomobili ilə işləyənlərin yanacaq xərcinin ödənilməsi və 

-Şəxsi avtomobilin amortizasiya xərclərinə yardımcı olmaq

-Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı

Namizədə tələblər:

-Ali və ya Natamam Ali təhsilin olması

-Yaş həddi  – 21 – 40 (kişilər)

-Ən azı 1 il satış sektoru və ya oxşar sahədə iş stajının olması

-Sürücülük vəsiqəsi (B kateqoriya)

-Satış sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi

-Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı

-Ünsiyyət qurmaq və inandırmaq bacarığı

-Şəxsi avtomobili olması arzuolunandır

-Microsoft Office proqramlarında işləyə bilməsi arzuolunandır

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Satış təmsilçisi” qeyd edərək CV formasını göndərməklə müraciət edə bilərlər.

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər növbəti mərhələdə iştirak üçün dəvət olunacaqlar

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]