“Green City Resort & Residence” restoran meneceri axtarır

Menecer


İşəgötürən – Green City Resort & Residence

Vakansiya – Restoran meneceri

Öhdəliklər:

-Restoran ərazisində müəyyən olunmuş fəaliyyət strategiyalarının və standartlarının yerinə yetirilməsini təmin edir;

-Müştəri şikayətləri və narazıçılığı ilə şəxsən maraqlanır və zərurət üzrə tədbirlər görür;

-Qiymətləri, tədarük mənbələrini, qida üzrə satış tendensiyalarını, inventarları nəzərdən keçirir, restoranın həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını araşıb rəhbərliyə təkliflər verir;

-Satış sayınının artırılması və müxtəlif hesabatların dəqiq və vaxtında hazırlanmasına, restoran fəaliyyətinin bütün sahələrinə nəzarət edir və standartlara uyğunluğunu təmin edir;

-Sanitar gigeyinik normaları və texniki təhlükəsizliyi yoxlayıb nəzarətdə saxlayır, nöqsan yarandıqda aidiyyatı şöbəyə vaxtında məlumat bildirir;

-Restoranın işçi heyətinə rəhbərlik edir;

-İşçilər arasında onların vəzifə öhdəliklərinə uyğun iş bölgüsü aparır və həftəlik iş qrafiki tərtib edərək işçilərə və İR şöbəsinə təqdim edir;

-Yeni işçilərə prosedura uyğun təlim keçir və təyin edilmiş vaxtda dəyərləndirmə cədvəlini Insan Resursları şöbəsinə təqdim edir;

-Təlimlər haqqında aylıq hesabatı müvafiq formada İR şöbəsinə təqdim edir;

-Audit keçirilən müddətdə sayımda kömək göstərir, tələb olunan məlumatları təqdim edir;

-Məhsulların itirilməsi və ya zədələnməsinin qarşısını alır;

-Ümumi səliqə-səhmanının qorunub saxlanılmasına cavabdehdir;

-Ümumi fəaliyyəti haqqında tələb olunan bütün hesabatları hazırlayıb təqdim edir;

-Post-terminal, dövlət kassası, kompyuter və digər avadanlıqların işlək vəziyyətdə olmasına cavabdehdir;

-Post terminallar və kassa üçün lazımı kağızların tədarükünü görür.

Tələblər:

-Yaş 25-45

-Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

-Azərbaycan və Rus dili yüksək səviyyədə bilməli (İngilis dili arzuolunandır);

-Microsoft Office proqramlarından istifadə qabiliyyəti:

Gözlənilən davranışlar:

-Kreativ düşüncə qabiliyyətli

-Təlim-inkişaf yönümlü;

-Stresə davamlı, gülərüz, punktual, məsuliyyətli

-İdaretmə və liderlik bacarıqları:

İş haqqında məlumat:

-İş saatları: həftənin 6 günü

-Nahar müssisə tərəfindən verilir

-Ünvan: Şıxov, Salyan şosesi 14 cü km

-Əmək haqqı:1500-1800 AZN + satışdan faiz

Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində “Restoran meneceri” qeyd etməklə elektron poçt ünvanına [email protected] göndərmələri xahiş olunur.

Əlaqə tel:(+994)77-277-74-20

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]