Cronos MTK ofis meneceri axtarır

İşəgötürən: Cronos MTK
Vakansiya: Ofis meneceri
Son tarix: 12 oktyabr 2022
İş barədə məlumat:
-Dövlət qurumları və müxtəlif firmalara rəsmi məktubların yazılması, mətnlərinin hazırlanması, məktubun göndərilməsi və prosesin izlənilməsi
-Telefonlara cavab vermək
-Daxil olan və göndərilən sənədlərin aidiyyatı üzrə bölüşdürülməsi
-E-mail və yazışmaların həyata keçirilməsi, aidiyyatı şöbələrə yönləndirmək
-Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək
-Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı
-Şirkətin iş fəaliyyəti ilə bağlı portfolionun mütəmadi yenilənməsini təmin etmək, şirkətin saytında yenilənmələrin vaxtlı-vaxtında yerləşdirilməsini nəzarətdə saxlamaq, foto və məlumatların keyfiyyətinə nəzarət etmək
Tələblər:
-Cins: Qadın
-Aktiv, inisiativ işlədən, məntiqi düşüncəyə malik olmalı
-Məsuliyyətli, pozitiv, gülərüz və nəzakətli
-Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır.
-Verilən tapşırıqları yüksək keyfiyyətlə və gecikdirmədən yerinə yetirməli
-Kompüter bilikləri (MS Office proqramlarıda yaxşı işləmək bacarığı)
-Ofis texnikası ilə işləmək təcrübəsi
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-6 günlük iş rejimi
-Həftə içi günlər saat 10:00-dan 18:00-dək
-Şənbə günü 10:00-dan 16:00-dək
Namizədlər CV-lərini “Ofis meneceri” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 4 saat, 23 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 7 saat, 22 dəq
-
2 gün, 7 saat, 23 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 7 saat, 26 dəq
- 2 gün, 7 saat, 28 dəq