Collezione Italia satış təmsilçisi axtarır (çilçıraq)

İşəgötürən: Collezione Italia
Vakansiya: Satış təmsilçisi (çilçıraq)
Son tarix: 20 iyul 2022
Tələblər:
-Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
-Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti;
-MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
-Komandada işləmə bacarığı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Satış texnikası haqqında biliyin olması;
-Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
-Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
Vəzifə öhdəlikləri:
-Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
-Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
-Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
-Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
-Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
-Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
-Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
-Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
-Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
-Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
-Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
-Sərgilərdə və iş görüşlərində iştirak;
Şərtlər:
-AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
-Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
-İş saatı ( növbəli): 10:00-18:00; 10:00-20:00
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Çılçıraq ”sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Vakansiyalar
- 2 gün, 3 saat, 5 dəq
- 2 gün, 3 saat, 7 dəq
- 2 gün, 3 saat, 9 dəq
- 2 gün, 3 saat, 12 dəq
- 2 gün, 3 saat, 16 dəq