Biznesin inkişafı üzrə menecer axtarılır

“Ceylan” MMC distribusiya və lojistik şirkəti “Biznesin inkişafı üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edib.
Öhdəliklər:
-Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;
-Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
-Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
-Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi;
-Müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
-Yeni biznes imkanlarının dəyərləndirilməsi və qərar prosesində rəhbərliyə dəstək vermək;
-Biznes proseslər üzrə texniki sənədlərin ( texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
-Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
-Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;
-Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;
-Mənfəət və zərər proqnozu, bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
-Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyətin qurulması.
Namizəddən tələblər:
-Ali təhsil ( iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə arzuolunandır);
-Biznesin inkişafı və ya marketing üzrə 1 il iş təcrübəsi;
-MC Office proqramlarından istifadə bacarığı;
-Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və ingilis dili biliyi mütləqdir
-Müşahidə və analiz qabiliyyətinin olması;
-Problemləri həll etmə bacarığı;
-Strateji düşünmə və analitik təhlil bacarığı;
-Stresə davamlılıq;
-İnformasiyanın təhlili və analiz etmək bacarığı;
-Müxtəlif iş tapşırıqlarının eyni vaxtra icra edilməsi qabiliyyəti;
-Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı.
Digər məlumatlar:
-Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
-İş qrafiki: 5 günlük 9.00-18.00.
-İş yeri- Əmircan qəsəbəsində yerləşir.( Ən yaxın metrostansiya – Koroğlu m)
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Biznesin inkişafı üzrə menecer”, qeyd etməklə CV formalarını mail ünvanına [email protected] göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 17 saat, 59 dəq
-
2 ay, 4 gün, 13 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 21 saat, 28 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 18 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 21 dəq