BERC Group SMM meneceri axtarır

İşəgötürən: BERC Group
Vakansiya: SMM menecer
Son tarix: 15 noyabr 2022
İş barədə məlumat:
-Şirkətlərin sosial media hesablarının idarə edilməsi;
-Gündəlik postların, həftəlik/aylıq SMM hesabatlarının hazırlanması, markanın rəsmi səhifə istifadəçilərinin şəbəkədən istifadə etmə vaxtlarının və buna uyğun olaraq xüsusi mövzularda postların gündəlik yerləşdirmə zamanlarının müəyyən edilməsi;
-Səhifənin strategiyasının hazırlanmasında iştirak və təkliflərin verilməsi;
-Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun rubrikaların yaradılması;
-Sosial şəbəkələrdə markanın rəsmi səhifəsinin, istifadəçi sayını reklam hesabına uyğun olaraq artırılması;
-Dizaynerə briflərin tam və dolğun şəkildə ötürülməsi;
-Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırılması;
-İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili təhlil və hesabatlar hazırlamaq;
Vəzifəyə dair tələblər və bacarıqlar:
-Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
-Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
-Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı;
-İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq;
-Azərbaycan dilini orfoqrafik və qrammatik səviyyədə yaxşı bilmək; (Türk-ingilis dili üstünülükdür)
-MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
-Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
-Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
BERC Group MMC sizə nə vəd edir?
-Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
-Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
-Rəqabət qabiliyyətli əmək haqqı;
-Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 15.11.2022-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “SMM menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Vakansiyalar
- 2 gün, 5 saat, 51 dəq
- 2 gün, 5 saat, 54 dəq
- 2 gün, 23 saat, 9 dəq
- 2 gün, 23 saat, 51 dəq
- 2 gün, 23 saat, 53 dəq