BERC Group satış üzrə təcrübəçi axtarır

Satıcı


İşəgötürən: BERC Group

Vakansiya: Satış üzrə təcrübəçi

Son tarix: 14 oktyabr 2022

Gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması, şəxsi inkişafının təmin edilməsi, peşəkar bacarıqlarının inkişafı və real işlə təmin olunması məqsədilə BERC Group MMC satış sahəsində işləmək istəyən şəxslər üçün satış üzrə təcrübəçi vakansiyası elan edir. 

Siz də öz karyera arzunuzu reallaşdırmaq, təcrübə və biliklər qazanmaq istəyirsinizsə “BERC Group” MMC-nin elan etdiyi satış üzrə təcrübəçi vakansiyası sizin üçün ən doğru seçimdir!

Əsas vəzifə öhdəlikləri:

-Potensial müştərilərin cəlb edilməsi istiqamətində işlərin aparılması

-Müştərilərin xidmətlər haqqında dəqiq və dolğun məlumatlandırılması

-Əməkdaşlıq müqavilələrinin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili

-Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması

-Təcrübə müddətinin sonunda uğurlu namizədlə əmək müqaviləsi bağlanaraq işlə təmin ediləcək.

Vəzifəyə dair tələblər və bacarıqlar:

-Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;

-Komanda ilə işləmək bacarığı;

-Peşəkar ünsiyyət bacarığı

-Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə bilikləri  olması üstünlükdür );

-MS Office proqramlarında  sərbəst işləmək bacarığı;

-Peşəkar təqdimetmə və inandırma bacarığı;

-Bank və BOKT  təcrübəsi olan, vergi, mühasibat, maliyyə, gömrük, logistika və hüquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük veriləcək;

-Riyazi analitik təhlil qabiliyyətinin olması;

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV- sini 14.10.2022-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə “Satış üzrə təcrübəçi” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]