Bank Respublika xidmətlər üzrə məsləhətçi axtarır (Reception)

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Xidmətlər üzrə məsləhətçi (Reception)
Son tarix: 26 avqust 2022
Ümumi vəzifə öhdəlikləri:
-Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
-Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
-Müştərilər arasında aparılan sorğularda iştirak;
-Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
-Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
-Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakı qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 23 saat, 38 dəq
- 1 gün, 23 saat, 40 dəq
- 1 gün, 23 saat, 42 dəq
- 1 gün, 23 saat, 45 dəq
- 1 gün, 23 saat, 49 dəq