Bank Respublika ASC xidmətlər üzrə məsləhətçi axtarır

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Xidmətlər üzrə məsləhətçi (Reception)
Son tarix: 28 may 2022
Ümumi vəzifə öhdəlikləri:
-Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
-Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
-Müştərilər arasında aparılan sorğularda iştirak;
-Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
-Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
-Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakı qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 3 saat, 17 dəq
-
1 gün, 2 saat, 17 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 2 saat, 19 dəq
- 1 gün, 2 saat, 21 dəq
-
1 gün, 2 saat, 23 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib