Baku Electronics satış məsləhətçisi axtarır
İşəgötürən: Baku Electronics
Vakansiya: Satış Məsləhətçisi
Son tarix: 16 iyun 2022
Bakı, Şəmkir, Quba, Şəki, Mingəçevir, Xaçmaz, Sumqayıt və Bərdə üzrə.
Xüsusi tələblər:
-Orta və ya ali təhsil;
-Müxtəlif məhsul kateqoriyalarının (elektronika, məişət texnikası, ev üçün əşyalar və s.) satışı üzrə minimum 6 aylıq iş təcrübəsi;
-Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərini bilməsi arzu olunandır);
-Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
-Aktiv satış bacarığı;
-Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
-Problemləri effektiv şəkildə həll etmək;
-Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.
Vəzifə öhdəlikləri:
-Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək;
-Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
-Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
-Məhsulu müştəriyə təqdim etmək;
-Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
-Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
-Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
-Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
-Satışın artırılması məqsədilə müştəriləri daim inandırmaq və məlumatlandırmaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satış Məsləhətçisi” və uyğun olan bölgəni (Bakı, Şəmkir, Quba, Şəki, Mingəçevir, Xaçmaz, Sumqayıt, Bərdə) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
3 saat, 20 dəq
Gamdom Bonus Account Verification Guide – Step‑by‑Step for Icelandic Players
- 13 saat, 15 dəq
- 13 saat, 25 dəq
- 13 saat, 25 dəq
- 17 saat, 23 dəq