Bakcell rəqəmsal marketinq üzrə menecer axtarır
İşəgötürən: Bakcell
Vakansiya: Rəqəmsal Marketinq üzrə menecer
Son tarix: 18 iyun 2022
Vakansiya haqqında:
Funksiya: Marketinq
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 17.06.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Rəqəmsal marketinq üzrə yol xəritəsinin hazırlanması və icrası
-Bütün rəqəmsal kanallarda sosial media varlığını qorumaq və kanallar arasında uyğunluğu təmin etmək
-Məhsul və xidmətin yayılması üçün mütəmadi təşəbbüslərin təqdim edilməsi
-Yeni trendlərin müəyyənləşdirilməsi və trendlərə uyğun işin səmərəli təşkili
-Bütün sosial media və rəqəmsal yerləşdirmə fəaliyyətlərini idarə etmək üçün agentliklərlə əməkdaşlıq etmək
-Rəqəmsal marketinq büdcəsinin səmərəli idarə edilməsini təmin etmək və hədəflərə qarşı performansı mütəmadi olaraq izləmək
-Bütün rəqəmsal marketinq kampaniyalarının performansını ölçmək, hesabat vermək və hədəflərə qarşı qiymətləndirmək (ROI və KPI)
-Komanda üzvlərinin peşəkarlıqlarını inkişaf etdirməkdə onlara dəstək olmaq. Bakcell -in strategiyalarını və hədəflərini işçilərə çatdırmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
-Marketinq, Menecement və ya Biznes Administrasiyası üzrə Ali təhsil
-Rəqəmsal Marketinq sahəsində 4 ildən artıq iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
-Müxtəlif sosial media platformalar və veb sayt analitikası üzrə dərin biliklər
-Yüksək yaradıcı və mükəmməl analitik qabiliyyət
-Rəqəmsal marketinq sahəsində son tendensiyalar və texnologiyalar haqqında məlumatı olması
-Mükəmməl Azərbaycan, İngilis dili biliyi (Rus dili biliyi üstünlük hesab olunur)
-Yaradıcı və Strateji düşünmə
-Strukturlu və metodoloji düşünmə qabiliyyəti
-Komanda işi və Əməkdaşlıq
-Proyektlərin İdarə Olunması
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Rəqəmsal Marketinq üzrə menecer” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 gün, 16 saat, 43 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 17 saat, 39 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 14 saat, 21 dəq
- 3 gün, 14 saat, 24 dəq
- 3 gün, 15 saat