B2B Satış Meneceri tələb olunur

İşəgötürən – ASBC MMC (Торговая марка iSpace)
Əsas vəzifə öhdəlikləri:
B2B seqmentində müştərilərin axtarışı və cəlb edilməsi (soyuq zənglər, görüşlər və s.);
Müştərilərin Şirkətin xidmətlərinə olan ehtiyaclarının müəyyən edilməsi;
İş şəraitinin koordinasiyası, kommersiya təkliflərinin formalaşdırılması;
Müştərilərlə telefon danışıqlarının və görüşlərin aparılması;
Əsas tərəfdaşlarla əlaqələrin inkişafı;
Sərgi və konfranslarda iştirak, tərəfdaşlarla danışıqlar;
Daimi planlaşdırma və rəhbərliyə hesabat vermək;
Əsas tələblər:
Korporativ satış sahəsində (B2B olaraq) iş təcrübəsi – ən azı 3 il;
Ali təhsil;
Azərbaycan, ingilis dillərini mükəmməl bilmək
Rus dili bilikləriniz üstünlükdür
Apple və digər İT məhsullarına yüksək maraq və B2B satış sahəsində bacarıqlarını inkişaf etdirmək istəyi;
Satış sahəsində sənəd dövriyyəsi üzrə biliklər (müqavilə, mühasibat sənədləri və s.);
Nəticəyə diqqət, yüksək ünsiyyət bacarığı, işgüzarlıq.
Biz nə təklif edirik?:
İT avadanlıqları bazarında 1 nömrəli brendlə işləmək imkanı;
Mütərəqqi peşəkar inkişaf üçün müxtəlif maraqlı tapşırıqlar;
Özünü sübut etmək imkanı (şirkətin inkişafına, müştəri sədaqətinin artırılmasına və əmək məhsuldarlığının artırılmasına töhfə verən istənilən ideyanı məmnuniyyətlə qəbul edirik);
Yeni detalları öyrənmək və sınamaq, təcrübə qazanmaq və iş portfelinizi genişləndirmək imkanı;
Daxili və xarici təlimlərdə iştirak imkanı;
Fərdi inkişaf proqramlarında iştirak;
Stabil əmək haqqı və gəlirinizə təsir etmək imkanı
Şirkət tərəfindən mobil nömrə;
Tibbi sığorta (ailə üzvlərinə);
Bakının mərkəzində ofis;
• Nəqliyyat xərcləri;
Şirkət məhsullarına endirim;
İdman zalı üçün endirim;
İş qrafiki: Bazar ertəsi-Cümə (5 günlük iş qrafiki)
Maraqlanan namizədlərdən CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. Zəhmət olmasa, [email protected] e-poçtun mövzu hissəsində vəzifənin adını “B2B SM” qeyd edin.
Vakansiyalar
- 2 gün, 9 saat, 5 dəq
- 2 gün, 9 saat, 8 dəq
- 3 gün, 2 saat, 23 dəq
- 3 gün, 3 saat, 5 dəq
- 3 gün, 3 saat, 7 dəq