AzProduct marketinq meneceri axtarır

İşəgötürən: AzProduct
Vakansiya: Marketinq meneceri
Son tarix: 26 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Şirkətin marketinq strategiyasını hazırlayıb təsdiq etdirmək;
-Uzun və qısa müddətli strateji marketinq planlarının yaradılması, inkişaf etdirilməsi işlərini həyata keçirmək;
-Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasını təmin etmək və tanıtmaq;
-Bazardakı hədəf auditoriyasını və rəqabət mənzərəsini anlamaq üçün bazar araşdırmalarını aparmaq;
-Müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə müvafiq tədbirlər həyata keçirmək;
-Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin etmək;
-Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
-PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkilini və həyata keçirilməsini nəzarət etmək;
-Satış planının hazırlanmasına və həyata keçirilməsinə nəzarət etmək;
-Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
-Digital Marketinq üzrə kampaniyaları təşkil, idarə və nəzarət etmək;
-Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqini keçirmək və bu barədə hesabatlar hazırlamaq, aylıq marketinq fəaliyyətlərinin hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
-Şirkətin fəaliyyəti barədə məlumatlılığı artırmaq və şəffaflığı təmin etmək məqsədilə tədbirlər həyata keçirtmək;
-Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial mühitdə daha çox tanıdılması və sosial şəbəkələrin inkişaf etdirilməsinə dair tədbirlər həyata keçirmək.
Namizədə tələblər:
-Təhsil: İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsili;
-Təcrübə: Marketinq meneceri vəzifəsində minimum 1 il iş təcrübəsinin olması (qida sahəsində təcrübə üstünlükdür);
-Dil bilikləri: Azərbaycan, ingilis və rus dilləri səlis;
-Kompüter bilikləri: MS Office, Micro;
Bacarıqlar:
-Sosial media platformalarında sərbəst iş bacarığı;
-Facebook Business və ads manageri ətraflı bilməli;
-Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
-Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
-Rəqəmsal marketing biliklərinin olması;
-Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
Fərdi keyfiyyətlər:
-Məsuliyyətli, disiplinli
-Müstəqil işləmə və qərar vermə bacarığı
-Dürüstlük
-Peşəkarlıq
-Problem həll etmə və əməkdaşlıq bacarıqları
-Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq
-Operativlik və İcra etmək bacarığı
-Detallara fikir vermə
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Marketinq meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 6 saat, 28 dəq
- 7 saat, 14 dəq
- 7 saat, 52 dəq
- 8 saat, 39 dəq
- 8 saat, 40 dəq