Azmədənistehsal MMC direktor assistenti axtarır

İşəgötürən: Azmədənistehsal MMC
Vakansiya: Direktor Assistenti
Son tarix: 12 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Şöbə daxilində sənədləşmə işinin aparılmasını icra edir;
-Sənədlərin göndərilməsini icra edir;
-Sənədlərin icra müddətinə nəzarət edir və Direktora məruzə edir;
-Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini icra edir;
-Direktorun tapşırığı əsasında sənədlərin standart biçimlərini tərtib edir;
-Protokol, məktub, etibarnamə, qərar, əmr, arayış, ərizə, akt və digər sənədləri ehtiyac yaranarsa müxtəlif dillərə tərcümə edilməsi işində iştirak edir;
-Kənar təşkilatlardan gələn məktubları qəbul edir, qeydiyyatını aparır, struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
-Şirkətin baş ofisinin şöbələri və vəzifəli şəxlərinin tərtib etdiyi və kənar təşkilatlar üçün nəzərdə tutulan sənədlərin göndərilməsini təşkil edir və “Xaric olan sənədlər jurnalında” qeydə alır;
-Kənar təşkilatlardan daxil olan sənədlərin qəbul edilməsini və şirkətin baş ofisinin şöbələri və vəzifəli şəxlərinə çatdırılmasını icra edir və “Daxil olan sənədlər jurnalında” qeydə alır;
-Kənar təşkilatlara göndərilən sənədlərin kuryer və ya daxili sürücü əməkdaşlar vasitəsilə göndərilməsini təmin edir;
-Arxivə bilavasitə cavabdehlik daşıyır;
-Kargüzarlıqda başa çatmış sənədləri təşkilatın şöbə və bölmələrindən qəbul edir;
-İş nomenklaturasının işlənib hazırlanmasını icra edir, arxivə təhvil verilməsində onların formalaşmasının və rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır;
-Arxivə təhvil verilən sənədlərin uçotunun təşkilini icra edir və dövryyəsinə nəzarət edir;
-Arxivə daxil olan sənədli materialların mühafizəsini və sağlam şəraitdə (quru və səliqəli) qorunmasını təmin edir;
-Daimi və ya müvəqqəti mühafizədə olan sənədlərin siyahıya alınmasını, eləcə də dövlət mühafizəsinə veriləcək sənədlərin və mühafizə vaxtı keçmiş sənədlərin silinməsi və məhv edilməsi aktlarını hazırlayır;
-Şöbə rəhbərlərinin yazılı müraciətləri və Direktorun yazılı icazəsi əsasında arxivdən müvəqqəti olaraq sənədləri verir və onların uçotunu aparır.
Namizədə tələblər:
-Ali təhsil
-Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
-Təşkilati, analitik və idarəetmə bacarıqları
İş şərtləri:
-5 günlük iş qrafiki 09:00-dan 17:00-a qədər
-Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
-İş yeri Xırdalan ərazisində yerləşir
-Nahar şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Direktor assistenti” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 1 gün, 21 saat, 46 dəq
- 1 gün, 21 saat, 48 dəq
- 1 gün, 21 saat, 50 dəq
- 1 gün, 21 saat, 53 dəq
- 1 gün, 21 saat, 57 dəq