Azerconnect merçendayzer axtarır

İşəgötürən: Azerconnect
Vakansiya: Merchandiser
Son tarix: 08 sentyabr 2022
Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 18.08.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Merçendayzinq mallarının Bakı və rayon mağazalarında effektiv paylanması və çatdırılmasının nəzarəti
-Satışları artırmaq məqsədilə malların necə nümayiş etdiriləcəyinə qərar vermək üçün Ticari Marketinq komandası ilə birgə işləmək
-Məhsulların və POSM-lərin şirkətin təlimatlarına və ticarət standartlarına uyğun olaraq rəflərdə yerləşdirilməsinə nəzarət etmək
-Bazarın POS materiallara və Ticari marketinq ləvazimatlarına olan ehtiyacını təhlil etmək
-Mağazada mövsümə uyğun məhsulların və yeni kolleksiyaların nümayişini təşkil etmək
-Mağazada yeni buraxılan məhsulların və yeni fəaliyyətlərin nümayişini təşkil etmək
-Təyin olunmuş marşrut əsasında gündəlik mağaza ziyarətləri etmək və merçendayzer hesabatını təqdim etmək
-Şirkət fəaliyyətinə mane olan halları müəyyən etmək və rəhbərə məlumat vermək
-Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və tam şəkildə yerinə yetirmək
-Merçendayzinq fəaliyyətlərinə nəzarət etmək və bütün layihələrin ticarət marketinqi konsepsiyası çərçivəsində olduğundan əmin olmaq
Vəzifənin tələbləri:
-Ali təhsil, Marketinq və satış sahəsində təhsilə üstünlük verilir
-Minimum 1 il Merçendayzinq, Ticari Marketinq, Satış sahəsində iş təcrübəsi
-Danışıqlar aparma qabiliyyəti
-Son trendlərin izlənilməsi
-Dəqiqlilik
-Kreativlik
-Nəticə yönümlülük
-Davamlı təkmilləşmə
-Vizual Merçendayzinq üzrə biliklər
-Azərbaycan dillini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
-MS Office Proqramlarını bilmək
-‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 8 saat, 8 dəq
-
2 ay, 4 gün, 3 saat, 39 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 37 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 27 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 30 dəq