Azerconnect merçendayzer axtarır

Merçendayzer

Azerconnect


İşəgötürən: Azerconnect

Vakansiya: Merchandiser

Son tarix: 19 iyul 2022

Vakansiya haqqında:

Funksiya: B2C Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 18.07.2022

Sizin əsas vəzifə öhdəlikləriniz:

-Merçendayzinq mallarının Bakı və rayon mağazalarında effektiv paylanması və çatdırılmasının planlaşdırılması və nəzarəti

-Satışları artırmaq məqsədilə malların necə nümayiş etdiriləcəyinə qərar vermək üçün Ticari Marketinq komandası ilə birgə işləmək

-Anbarda olan promo materiallara nəzarət etmək

-Mağazaların bütün reklam nöqtələrində POMS-lərin dəyişdirilməsinə cavabdeh olmaq

-Məhsulların və POSM-lərin şirkətin təlimatlarına və ticarət standartlarına uyğun olaraq rəflərdə yerləşdirilməsini təmin etmək

-Bazarın POS materiallara və Ticari marketinq ləvazimatlarına olan ehtiyacını təhlil etmək

-Mağazada mümkün olan optimal ticarət məkanlarını istifadə etmək

-Mağazada mövsümə uyğun məhsulların və yeni kolleksiyaların nümayişini təşkil etmək

-Mağazada yeni buraxılan məhsulların və yeni fəaliyyətlərin nümayişini təşkil etmək

-Təyin olunmuş marşrut əsasında gündəlik mağaza ziyarətləri etmək və merçendayzer hesabatını təqdim etmək

-Şirkət fəaliyyətinə mane olan halları müəyyən etmək və rəhbərə məlumat vermək

-Mağazalardakı reklam avadanlıqlarına nəzarət etmək

-Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və tam şəkildə yerinə yetirmək

-Merçendayzinq fəaliyyətlərinə nəzarət etmək və bütün layihələrin ticarət marketinqi konsepsiyası çərçivəsində olduğundan əmin olmaq

Vəzifənin tələbləri:

-Ali təhsil, Marketinq və satış sahəsində təhsilə üstünlük verilir

-Minimum 1 il Merçendayzinq, Ticari Marketinq, Satış sahəsində iş təcrübəsi

-Danışıqlar aparma qabiliyyəti

-Son trendlərin izlənilməsi

-Dəqiqlilik

-Kreativlik

-Nəticə yönümlülük

-Davamlı təkmilləşmə  

-Vizual Merçendayzinq üzrə biliklər

-Azərbaycan dillini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)

-MS Office Proqramlarını bilmək

-‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]