Azerbaijan Travel International turizm xidmətlərinin satışı üzrə meneceri axtarır

Menecer

menecer


İşəgötürən: Azerbaijan Travel International

Vakansiya: Turizm xidmətlərinin satışı üzrə meneceri

Son tarix: 04 iyun 2022

Gənclər və tələbələr üçün daimi iş.

Azerbaijan Travel International – beynəlxalq turizm saytlarının qiymətləndirməsinə görə ilk turoperator, öz sahibkarlıq istedadlarını ortaya qoymaq istəyən gənc və məqsədyönlü insanları dəvət edir. Turizm məhsullarının küçə satışı üzrə menecerlər, daimi iş üçün tələb olunur.

Turizm Promoterunun vəzifəsi:

-Ünsiyyət bacarıqları və Tətbiqi Psixologiya əldə etmək üçün ən yaxşı təcrübə, dünyanın bir çox insanları ilə ünsiyyət imkanı.

-Azərbaycanın tarixi, mədəniyyəti və təbiətinin xüsusiyyətləri haqqında peşəkar biliklərin əldə edilməsi.

-Xarici dil biliklərinin təkmilləşdirilməsi.

-Karyera yüksəlişi imkanı.

-Professional satış texnologiyalarının təlimi.

-Əmək haqqı – 300 AZN + hər satılmış ekskursiyadan faiz (həftədə 100 manatdan 300 manata qədər pul qazanmaq imkanı).

-Pul mükafatları və digər bonuslar.

-Yarım gün işləmək imkanı.

İşin Təsviri:

-Ölkəmizə gələn turistlərə turizm xidmətlərinin təqdimatı və satışı.

-Tur məhsulunun tərkibi haqqında turistlərə məlumat vermək.

-Turistlərlə dialoq qurub, ekskursiyalarla bağlı turistlərin suallarını cavablandırmaq.

-Bütün etiket normalarına riayət etmək.

-Həftədə 6 gün iş qrafiki.

Tələblər:

-18 və 30 yaş arası xanım və bəylər

-Diqqətli olmaq.

-Nəzakətli ünsiyyət bacarığı.

-Səlist danışıq qabiliyyəti.

-Təlimlərdə iştirak etmək.

-Yaxşı şifahi xarici dil biliyi (rus və ya ingilis).

-Komandada işləmək bacarığı. 

-CV (foto ilə tələb olunur).

İş şəraiti:

-Sabit şirkətdə işləmək.

-Əmək haqqının vaxtında ödənilməsi.

-Əmək haqqı iki hissədən ibarətdir: aylıq əmək haqqı + satışdan %.

-İş yeri – İçərişəhər.

-İş təcrübəsi tələb olunmur.

CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur

Qeyd: Müsahibədə namizədin digər mövqelərə də baxılması mümkündür.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]