Azerbaijan Energy Regulatory Agency ofis meneceri axtarır (Kürdəmir)
![](https://avand.marja.az/wp-content/uploads/2022/03/ofis-meneceri.jpg)
İşəgötürən: Azerbaijan Energy Regulatory Agency
Vakansiya: Ofis meneceri (Kürdəmir)
Son tarix: 14 noyabr 2022
Vəzifə öhdəlikləri:
-Filialın kargüzarlıq işini aparır, daxil olan sənədləri qəbul edir, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir və təqdim edir;
-Filiala daxil olan sənədləri filial rəisinin tapşırığına əsasən iş prosesində istifadə edir və ya cavablandırılması üçün onu icraçılara təqdim edir və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət edir;
-Filialın fəaliyyəti ilə əlaqədar mətnləri elektron formada yığır, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirir, danışıqlar aparır;
-Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görür;
-Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
-Filial rəisinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
-Filialın fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra edir.
Tələblər:
-Ali təhsil;
-Yaş həddi 22-30 aralığı;
-Azı 1 il iş stajı; (dövlət qrumunda təcrübə arzu olunandı)
-Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
-Rus dilini bilməsi arzu olunandır;
-Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Digər:
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
-İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
-İstirahət günləri: şənbə və bazar günləri;
-Vakansiya üzrə müraciətin son müddəti: 14 Noyabr 2022-ci il
-İş yeri: Kürdəmir şəhəri
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Kürdəmir filialı – Ofis meneceri) qeyd edin.
Vakansiyalar
-
1 ay, 1 gün, 16 saat, 46 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 41 dəq
- 6 ay, 3 gün, 19 saat, 34 dəq
- 9 ay, 1 həftə, 1 gün, 14 saat, 19 dəq
-
9 ay, 2 həftə, 6 gün, 9 saat, 50 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır