“AVVA” mağaza meneceri axtarır

AVVA şirkəti Mağaza meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İşəgötürən: AVVA (Geyim mağazası)
Təhsil- Natamam ali təhsil (bakalavr)
Maaş: 700AZN və satışdan faiz
Yaş- 25-40 yaş
Vəzifə öhdəlikləri:
Personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini
təşkil etmək və nəzarət etmək;
Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək və səlahiyyətləri daxilində həll
etmək;
Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və gündəlik təlimatlandırmaq;
Mağazada xidmət standartlarının həyata keçirilməsi;
Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
Namizədə tələblər:
İş təcrübəsi: Sahə üzrə 3 ildən çox
Ali təhsil arzu olunandır
Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)və məsuliyyətli olmalı
Satış texnikası və prinsiplərini bilmək
Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
İşgüzar davranış etikası
Xoşgörünüşlü
Azərbaycan dili (əla), rus dili, ingilis dili və ya digər xarici dil bilikləri arzu olunandır
Kompüter bilikləri
İş rejimi və əmək haqqı:
Həftədə 6 gün, iş qrafiki növbəlidir
700 AZN və satışdan faiz
AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mağaza meneceri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Vakansiyalar
- 2 gün, 17 saat, 52 dəq
- 2 gün, 17 saat, 54 dəq
- 2 gün, 17 saat, 56 dəq
- 2 gün, 17 saat, 58 dəq
- 2 gün, 18 saat