Avrora brend menecer axtarır
İşəgötürən: Avrora
Vakansiya: Brend Menecer
Son tarix: 08 oktyabr 2022
Əsas vəzifə öhdəlikləri:
-Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanılması və reallaşdırılması;
-Portfelində mövcud olan brendlər üzrə düzülüş normativlərinin hazırlanması, Satış komandasına məlumat verilməsi və icrasının izlənilməsi;
-Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımı tədbir planının hazırlanması;
-Mütəmadi olaraq gündəlik/aylıq istehsal olunan məhsulların miqdarının izlənilməsi, nəzərdə tutulmuş istehsal planından kənarlaşma olduğu təqdirdə müvafiq tədbirlər görülməsi, birbaşa rəhbərinə istehsalın gedişatına dair müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi;
-Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasını, yeni məhsulların buraxılmasını, aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
-Marketinq planının hazırlanmasında iştirak etməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
-Brend üzrə qiymət siyasətinin mütəmadi olaraq təhlil edilməsi və inkişaf etdirilməsi;
-Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula olan münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
-Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
-Güclü analitik düşüncəyə malik olması;
-Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
-Excel proqramı üzrə bilikler (orta səviyyədə);
-Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-Təhsil: Marketinq ixtisası üzrə bakalavr dərəcəsi;
-İş təcrübəsi: Brend Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).
İş şərtlərimiz:
-İş qrafiki: Tam iş günü (5 gün);
-İş saatları: 09:00-18:00;
-İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 34 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 29 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 22 dəq
- 10 ay, 3 həftə, 3 gün, 10 saat, 7 dəq
-
11 ay, 5 gün, 5 saat, 38 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır