“Avromed”ə “Ticari Marketinq Meneceri” tələb olunur

Menecer


İşəgötürən – Avromed Company QSC

Vəzifə – Ticari Marketinq Meneceri

Vəzifə və məsuliyyətlər:

-Yerli marketinq;

-Aksiyaların monitorinqin təşkili;

-Reklam materialların sifarişi;

-Hesabatların verilməsi;

-Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;

-Ticari marketinq fəaliyyətinin idarə edilməsi;

-Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;

-Pərakəndə satış nöqtələri üçün marketinq strategiyalarının inkişaf etdirilməsi;

-Bazar tendensiyaları və imkanlarını izləmək, bazar payını artırmaq üçün layihə təklifləri hazırlamaq;

-Dağıtım, sərgiləmə, rəf, aptek fəaliyyət planlarının yaradılması və onların ən effektiv şəkildə həyata keçirilməsi üçün yoxlama (checklist) sisteminin qurulması və tədbiq edilməsi.

Tələblər:

-Ali təhsil

-Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;

-Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dilini bilməsi üstünlükdür;

-MS Office proqramlarında mükəmməl işləmə bacarığı;

-Ticari marketinqin istiqamətlərini bilmək və analitiq bacarığı

-Məsuliyyətli, stressə dayanıqlı, punktual, diqqətcil, ünsiyyətcil və çalışqan;

-Komandada işləmək bacarığına malik olan.

Maraqlananlar CV-lərini elektron ünvanına [email protected] göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Ticari Marketinq Meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  

Elanın bitmə tarixi – 22.11.2022

Şirkət haqqında
Avromed Company QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdəyik. Ölkənin bütün ərazisində Avromed şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Bakıda yerləşən Avromed mərkəzi ofisi ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofis, 8500 kv.m-lik anbar, həmçinin də 240-dan çox çatdırma və ağır yük avtomobillərindən ibarət avtoparkı ilə Azərbaycanın əczaçılıq sahəsində ən böyük logistik imkanlara sahib olan şirkətlərdən biridir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]