“ASHLEY Furniture” mebel salonuna işçilər tələb olunur

Satıcı

ashleyazerbaijan mebel


Azərbaycanda rəsmi distributoru olduğumuz “ASHLEY Furniture” mebel salonuna 2 bəy / 2 xanım satış təmsilçisi tələb olunur.
İşəgötürən – “Saloğlu” Fərdi Firması
İş barədə məlumat:
– Müştəriləri mağazada qarşılamaq, onların tələbatlarına uyğun olaraq ətraflı və dolğun məlumat vermək və seçimlərində köməklik göstərmək;
– Qüvvədə olan kampaniyaların şərtlərini mağaza heyətinə düzgün formada çatdırmaq və icrasını düzgün formada təmin etmək;
– Alıcılara qiymətlər və kredit/taksit əməliyyatları haqqında ətraflı məlumat vermək;
– Satış zamanı sifariş formunu düzgün şəkildə tərtib və mövcud proqrama düzgün formada daxil edilməsinə nəzarət;
– Mağaza standartlarının və reqlamentlərinin təmin edilməsinə, həmçinin qorunmasına nəzarət etmək;
– Satışında yaranmış problemləri operativ həll etmək, həll edə bilmədiyi problem barəsində rəhbərinə dərhal məlumat vermək;
– Mağazada nümayiş olunan məhsullarının səliqəliliyinə, tamlığına nəzarət etmək;
– 6 günlük iş rejimi, həftə içi 1 gün istirahət günü.
– Əmək haqqı + % + bonuslar

Namizədə tələblər:
– Yaş həddi 20-35;
– Azərbaycan və rus dili bilikləri mütləqdir, ingilis dili arzuolunandır;
– Mebel satışı sahəsində təcrübəsi arzuolunandır;
– Aktiv, inandırma və təqdim etmə qabiliyyəti olmalı;
– Komandada işləmək bacarığı;

CV-nizi 25 oktyabr 2022-ci il tarixinədək, mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]