Midtown Hotel Baku ofisiant axtarır
İşəgötürən: Midtown Hotel Baku
Vakansiya: Ofisiant
Son tarix: 22 sentyabr 2022
Öhdəliklər:
-Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
-İaşə şöbəsinin menyusunda olan içkilər haqqında məlumatlı olmaq.
-İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
-Qonaqların sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
-İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
-İçkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
-Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
-Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək
-Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
-Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.
-Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
-Xarici dil biliyinə malik vakantlara üstünlük verilir
Namizədə olan tələblər:
-Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
-Müxtəlif iş qrafiklərində işləmək bacarığı- iş qrafiki 9 saat, növbəli
-Həftədə 1 gün istirahət
-Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Ofisiant” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 22.09.2022-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlaqə nömrəsi: 0512301012 Nicat Mammadov
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 17 saat, 45 dəq
- 3 ay, 1 həftə, 5 gün, 19 saat, 38 dəq
- 6 ay, 2 həftə, 3 gün, 14 saat, 23 dəq
-
6 ay, 4 həftə, 1 gün, 9 saat, 54 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 17 saat, 52 dəq