Max Print layihə meneceri axtarır
İşəgötürən: Max Print
Vakansiya: Layihə meneceri
Son tarix: 07 avqust 2022
Vəzifə və məsuliyyətlər:
-Təklif olunan vaxt qrafiklərinə uyğun olaraq bütün müştəri ehtiyaclarının və tələblərinin qarşılanması
-Şirkətin prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında hazırlamaq
-Daxil olan sorğu və sifarişlərin sistemə qeyd olunması
-Sifarişlər üzrə prosedurlar üzrə uyğun sənədlərin hazırlanması
-Sistemdən protokolların müştərilərə göndərilməsi
-Qiymət təkliflərinin hazırlanması və müştəri ilə zəng və mail vasitəsilə əlaqənin qurulması
Vəzifə tələbləri:
-Ali təhsil
-Reklam, istehsal və s. sahələrdə çalışması ilə üstünlükdür
-Satış zəncirinin idarə edilməsi, kompleks və strateji satış metodlarının tətbiqi, effektiv ünsiyyət üsulları daxil olmaqla, qabaqcıl ünsiyyət bacarıqları və inandırmaq bacarığı
-Sürətlə dəyişən kommersiya mühitində prioritetləri və qərarları effektiv şəkildə idarə etmək bacarığı
-Məsuliyyətli, cəld işləmə bacarığı
-MS Office-Excel bilikləri
-Əla şifahi və yazılı kommunikasiya
-Rus dili mütləqdir. İngilis dili əlavə üstünlükdür
İş günləri: I-V günlər ( VI gün ehtiyac yarandıqda )
İş saatları: 09:00-18:00
Əmək haqqı: 800 AZN
Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
İş yeri Binəqədidədir.
Maraqlanan namizədlərdən mövzu hissəsində Vakansiyanı qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 5 saat, 41 dəq
- 3 ay, 1 həftə, 5 gün, 7 saat, 34 dəq
- 6 ay, 2 həftə, 3 gün, 2 saat, 19 dəq
-
6 ay, 4 həftə, 21 saat, 50 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 5 saat, 48 dəq