Vakansiya: Mağaza meneceri tələb olunur (Ev aksessuarları)

Menecer


İşəgötürən: Sinteks Group of Companies

Vakansiya: Mağaza Meneceri (Ev aksessuarları)

Son tarix: 30 iyul 2022

Sinteks Şirkətlər qrupuna hal hazırda Mağaza Meneceri (Ev aksessuarları) tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu  mağazada məhsulların alışını və satışını təşkil etməkdir. 

Vəzifə öhdəlikləri:

-Satış göstəriciləri və məhsul qalığının əsasında satınalma büdcəsini formalaşdırır

-Satış üçün məhsulları sifariş edir

-Satışların təşkili üçün nəzərdə tutulan qeyri-kommersiya xarakterli malları sifariş edir

-Satış təmsilçilərinə  aylıq satış hədəflərini  təyin edir 

-Ümumi satış hədəfi tələblərini yerinə yetirir

-Mağaza işçilərini  işə götürür

-İşçi heyətinə müvafiq  “Satış Texnikası”, “Müştəri Xidmətləri” təlimlərini verir

-Yeni kolleksiyalar haqda mağaza heyətini tanış edir 

-VİP satışları həyata keçirir

-Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir 

-Mağazalarda  müştəri xidməti  tələblərinə riayət edir 

-İşçilərin iş qrafiklərini hazırlayır və davamiyyəti müvafiq olaraq idarə edir

-İş prosedurlarına uyğun olaraq gündəlik işləri təşkil edir

-Autsors işlərini təşkil (dərzi,kimyəvi təmizləmə işləri və s.) edir

-Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və talama halları barədə rəhbərinə məlumat verir

-Mağazadakı nasazlıqları aşkar edir və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görür

-Mağazada sanitariya-gigiyena, təhlükəsizlik və intizam qaydalarına riayət edir və  pozuntular barədə rəhbərliyi məlumatlandırır

Əsas tələblər: 

Təhsil:

-Ali təhsil arzuolunandır

Təcrübə:

-Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi

-İdarəetmə sahəsində ən az 2 il təcrübə

-Sifariş etmə təcrübəsi

-Müsahibə aparmaq təcrübəsi

-Bonus sistemi ilə işləmə təcrübəsi

Professional Biliklər:

-Müştəri Xidmətləri

-Satış Texnikası

-Merçendayzinq qaydaları

-Şirkətin daxili idarəetmə proseduru

-Rus dilli mükəmməl, İngilis dili orta səviyyədə

-MS Office Proqramlarını mükəmməl bilmək

Professional Bacarıqlar və Kompetensiyalar: 

-İdarəetmə bacarığı

-Liderlik

-Təşkilatçılıq

-Satış bacarıqları 

-Müsahibə aparmaq bacarığı

-Təlim keçmə bacarığı

-Ünsiyyət bacarıqları

-Zamanın idarəolunması

-Problem həll etmə

-Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]