Veysəloğlu Yaycılı Qardaşlar sahə ustası axtarır

İşəgötürən: Veysəloğlu Yaycılı Qardaşlar
Vakansiya: Sahə ustası
Son tarix: 16 sentyabr 2022
Vəzifə və öhdəliklər:
-İstehsalat tapşırıqlarının ( iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etmək
-İstehsalat uçotunun düzgün aparılması , xammal və köməkçi materialarının qalıqlarının düzgün verilməsi
-Hazır məhsulların depoya şirkətin müəyyən etdiyi qayda və prosedurlara əsasən təhvil-təslim edilməsini həyata keçirmək
-Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vasitələrin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirmək
-Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapmaq və təşkil etmək
-İstehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun ( iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil etmək, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak etmək
-Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunun aparılması
-Əməkdaşlar tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etmək
-Gündəlik planların tam yerinə yetirilməsini təmin etmək.
Tələblər:
-Ali təhsil
-Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi;
-Liderlik keyfiyyətlərinə sahib olmalı;
-İşinə məsuliyyətli, intizamlı olmalı;
-Rus dilində ünsiyyət bacarığı
Əmək şəraiti:
-İş yeri: Bakı şəhəri
-İş rejimi: Növbəli (gecə/gündüz)
-Yemək və servis təminatı
-Əmək haqqı: 800 – 1000 manat (namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır)
Namizədlər öz CV-lərini emailin mövzu hissəsində ” Sahə ustası ” qeyd edərək [email protected] e-ünvanına 15.09.2022 -ci il tarixinədək göndərə bilərlər.
Vakansiyalar
- 3 saat, 21 dəq
-
1 gün, 2 saat, 21 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 2 saat, 23 dəq
- 1 gün, 2 saat, 25 dəq
-
1 gün, 2 saat, 27 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib