Şirkətə çilingər tələb olunur

İşəgötürən – Fortis Group
Vəzifə – Çilingər
Namizədə tələblər:
-Yaş həddi 25-45;
-Müvafiq sahə üzrə peşə ixtisas təhsili;
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Diqqətli, çevik və məsuliyyətli olmalı;
-Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
-İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir etmək;
-Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirmək;
-Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırmaq və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
-Dəzgahların, mexanizm və qovşaqların, iş avadanlıqlarının təmirini həyata keçirmək;
-İşçi alətlərinin , köməkçi vasitələrin və s. uçotunu aparmaq və yenilərini sifariş vermək;
-İstehsalat avadanlıqlarının nizamlanmasında iştirak etmək;
-İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin etmək;
-Texnoloji rejim normalarına, texnoloji reqlamentə və istehsalat təlimatlarına ciddi riayət etmək;
-Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirmək;
-Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etmək;
-İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
-Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-Nahar ilə təmin edilir.
-İş yerinə servislə çatdırılır.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Çilingər” yazaraq e-mail adresinə [email protected] göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Elanın bitmə tarixi- 8 yanvar 2023
“FORTİS GROUP” MMC Azərbaycanın inşaat materialları istehsalçısıdır.
Vakansiyalar
- 6 saat, 29 dəq
- 14 saat, 9 dəq
- 15 saat, 2 dəq
- 1 gün, 8 saat, 22 dəq
-
1 gün, 9 saat, 6 dəq
Mebel istehsalı üzrə nəzarətçi tələb olunur- MAAŞ 1500 MANATADƏK