Vakansiya: Onlayn operator tələb olunur

İşəgötürən: Homme
Vakansiya: Onlayn Operator
Son tarix: 17 iyun 2022
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışları artırmaq, onlayn satış üzrə sifarişləri vaxtlı-vaxtında qəbul etmək və hazırlamaqdır.
Vəzifə öhdəlikləri:
-Sifarişləri e-ticarət bazasında qeydə almaq, çatdırılma və digər əlaqədar məlumatları dəqiqləşdirir
-Müştərilərin əlavə tələbatlarını müəyyən edir
-Sistemdəki sifarişləri icra edir və müvafiq olaraq gündəlik hesabat hazırlayır
-Saytdan sifarişləri qəbul etmək və onların yığılması, qablaşdırılması və sürücülərə/kuryerlərə ötürülməsi prosesini təşkil edir
-Paket kuryer tərəfindən müştərilərə çatdırılanadək onların sifarişlərinin icrasına nəzarət edir
-Qaytarılan malı və onun qəbzini həmin malın alındığı vəziyyətdə müvafiq şöbəyə təhvil verir
-Şöbələrdən qüsurlu mallar haqqında məlumat toplayır və onların onlayn mağazadan çıxarılmasını təmin edir
-Kuryerlərdən ödənişləri toplayır və onları gün sonunadək baş kassirə təhvil verir
-Şirkət tərəfindən hazırlanmış aylıq satış planını icra edir
-Şöbə daxilində işləyərkən şirkətin peşəkar satış üsullarını öyrənir və onlardan səmərəli istifadə edir
-Satış prosesində şirkətin standartlarına və təlimatlarına uyğun xidmət göstərir
-İş prosesində şirkətin peşəkar satış texnikalarından səmərəli istifadə edir
-Müştəriyə əlavə mal satmağın nə demək olduğunu, “dəst” satış anlayışını tətbiq edir və həyata keçirir
-İş qrafikinə və şirkətin nizam-intizam qaydalarına riayət edir
Əsas tələblər:
Təhsil:
-Bakalavr diplomu olanlara üstünlük verilir
Təcrübə:
-Pərakəndə satış sahəsində minimum 1 il təcrübə
Professional biliklər:
-Mağazalarda olan brend və məhsullar haqqında məlumatlılıq
-Rus və ingilis dili arzuolunandır
-MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
-Danışıq bacarıqları
-Problem həlletmə bacarıqları
-Təşkilati bacarıqlar
-Nəticə yönümlülük
-Vaxtın idarə edilməsi
-Stresə dözümlülük
-Aktiv dinləmə
-Adaptasiya
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Onlayn Operator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 10 saat, 39 dəq
- 2 gün, 10 saat, 42 dəq
- 3 gün, 3 saat, 57 dəq
- 3 gün, 4 saat, 39 dəq
- 3 gün, 4 saat, 41 dəq