Vakansiya: Kondisionerləmə sistemləri üzrə usta-mütəxəssis tələb olunur

İşəgötürən: Facility Management Group
Vakansiya: Kondisionerləmə sistemləri üzrə usta-mütəxəssis
Son tarix: 23 iyun 2022
Vəzifələr:
-Split və VRV (VRF) tipli kondisionerlərin təmiri
-Split və VRV (VRF) tipli kondisionerlərin quraşdırılması və sazlanması
-Kondisionerləmə sistemlərinə və avadanlıqlara texniki baxım xidmətlərinin göstərilməsi
-Kondisionerləmə sistemlərinə və avadanlıqlara nasazlıqların aşkarlanması və müayinəsi
-Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası
-Avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi
-Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
-İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması
-Digər müvafiq soyutma-isitmə sistemlərinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası
Tələblər:
-Müvafiq sahədə 5+ il iş təcrübəsi
-Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı
-Müvafiq sahə üzrə Ali və ya peşə təhsili (üstünlükdür)
-Yaşayış və kommersiya ərazilərinə dair müvafiq standartlar və tələblər üzrə əsaslı biliklər
-Müvafiq sahə üzrə təlimlərin olması (üstünlükdür)
-Ölçmə, sınaq və digər alət-avadanlıqlarda istifadə etmə bacarığı
-SƏTƏMM qaydaları haqda əsaslı biliklər
Xahiş olur CV-lərinizi Kondisionerləmə sistemləri üzrə usta-mütəxəssis başlığı altında [email protected] e-mail ünvanına yollayasınız.
Vakansiyalar
- 9 saat, 29 dəq
- 9 saat, 31 dəq
- 9 saat, 33 dəq
- 9 saat, 34 dəq
- 9 saat, 37 dəq