Vakansiya: Hostes tələb olunur

İşəgötürən: Saffron Restaurants Group
Vakansiya: Hostes
Son tarix: 14 iyun 2022
İş öhdəlikləri:
-Restoran və restoran menyusu haqqında məlumatlı olmaq;
-Restoran haqqında məlumatları qonaqlara doğru şəkildə təqdim etmək;
-Gələn qonaqları qarşılamaq və onların məmnuniyyətini təmin etmək;
-Restorana edilən telefon zənglərinə nəzakətli şəkildə cavab vermək;
-Qonaqların telefonda verdiyi sualları düzgün cavablandırmaq;
-Müəyyən standartlara uyğun olaraq ümumi ərazinin qaydasında olmasını və təmizliyini təmin etmək.
Əsas tələblər:
-Müvafiq iş təcrübəsi;
-Qonaqlar və işçi heyəti ilə ünsiyyət qurmaq bacarıqları;
-Müştəri şikayətləri və narahatlıqlarının pozitiv şəkildə həll olunmasını təmin etmək;
-Dil bilikləri; Azərbaycan, İngilis dilləri vacib, Rus dili arzu olunandır.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) [email protected] elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 13.06.2022-ci il tarixinədək göndərə bilərlər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.
Vakansiyalar
- 5 gün, 20 saat, 25 dəq
- 5 gün, 20 saat, 28 dəq
- 5 gün, 20 saat, 29 dəq
- 5 gün, 20 saat, 41 dəq
- 5 gün, 20 saat, 42 dəq