Təyyarə bələdçisi axtarılır (kişi,qadın)
“Azərbaycan Hava Yolları” QSC “təyyarə bələdçisi” vəzifəsinə 01.10.2022ci il tarixindən 31.10.2022ci il tarixinədək qəbul elan edir.
Vəzifə öhdəlikləri:
– Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etmək;
– Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmaq;
– Sərnişinlərə qarşı xeyirxah olmaq və onlara qayğı göstərmək;
– Hava gəmisində sərnişinləri düzgün məlumatlandırmaq və davranış qaydalarına riayət etmək.
Namizədə olan tələblər:
– Təhsili/ixtisası: orta-ixtisas təhsili;
– Dil bilikləri: azərbaycan dili – əla, ingilis dili – yaxşı.
Şəxsi keyfiyyətlər:
– Komandada işləmək bacarığı;
– Ünsiyyətcillik;
– Məsuliyətlilik;
– Stressə davamlılıq.
Üstünlüklər:
– Rus dili və ya digər dil biliyi arzuolunandır.
Xüsusi tələblər: yaş həddi-18 yaşından 30 yaşınadək;
boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan xanımlara və boyu 170 sm-dən az və 185 sm-dən çox olmayan bəylərə üstünlük verilir.
İş rejimi:
– Daxili intizam qaydalarına əsasən
Əmək haqqı: ştat cədvəlinə uyğun olaraq
Qeyd olunan tələblərə uyğun namizədlər “Azərbaycan Hava Yolları” QSC-nin İnsan Resursları Baş İdarəsinə həftə içi saat 11:00-dan 13:00-dək yaxınlaşa bilərlər. Namizədlərin özləri ilə CV, şəxsiyyət vəsiqəsinin əsli və surətini (bəy namizədlərin hərbi bileti və ya əvəzləyici sənədi də olmaqla) gətirməyi xahiş olunur.
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2 (yerli reyslərin həyata keçirildiyi və ya “köhnə terminal” adlandırılan bina), Şimal girişi, 2-ci mərtəbə, İşə qəbul şöbəsi.
Vakansiyalar
-
14 saat, 13 dəq
BingBong Casino: come garantire prelievi sicuri e veloci per i tuoi guadagni
-
14 saat, 15 dəq
BingBong Casino: come garantire prelievi sicuri e veloci per i tuoi guadagni
-
16 saat, 29 dəq
Top giochi di slot del 2026: quali provare nei casinò online
-
20 saat, 10 dəq
Instant Casino 2026 bonusar: Så här maximerar du dina vinster i år
- 22 saat, 22 dəq