Novxanıda yerləşən hotel işçilər yığır

Novxanı Dənizkənarı nda yerləşən Mariana Trench Hotel & Spa Baku yeni vakansiyalar elan edib.
1. Vakansiya: Ofisiant
Son tarix: 19 may 2022
İş barədə məlumat:
-Masalara qab – qacağı ,yeməkləri düzür (servirovka) və vaxtında masanı təmizləyib, yığışdırır;
-Restoranda təmizliyi və nizam intizamı təmin edir;
-Süfrə və salfetləri çirkləndiyi zaman vaxtında dəyişdiri;
-Ədviyyat ləvazimatlarını gündəlik yoxlayır və doldurur;
-Ən əsası müştəriyə yeməklərin və içkilərin seçimində peşəkar surətdə kömək edir;
-6günlük növbəli iş rejimi;
-İşə qəbul tam rəsmi Əmək Qanunvericiliyinə uyğun olaraq aparılır;
-İşçinin forması və nahar şirkət tərəfindən təmin olunur
Namizədə tələblər:
-Komandada işləmək bacarığı;
-İşə məsuliyyətli yanaşma;
-Dil bilikləri : Rus dili , İngilis dili
Qeyd olunan tələblərə uyğun namizədlər öz CV formalarını “ofisiant” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur
2. Vakansiya: Housekeeping (xadimə)
Son tarix: 19 may 2022
İş barədə məlumat:
-Obyektdə təmizlik işlərini aparmaq (döşəmə yumaq, tozları silmək və s.)
-Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək
-Restoranda sanitar və gigiyena qaydalarına riayət etmək
İş şəraiti:
-İş qrafiki: 6 günlük həftədə 1 dəfə istirahət
-Əmək haqqı: Müsabiqə əsasında
-AR Əmək Məcəlləsi əsasında sənədləşmə
-Nahar və forma şirkət tərəfindən verilir;
-Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək
-Restoran Novxanı ərazisində yerləşir
-Təmizkar və işində məsuliyyətli olmaq
-Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
-Qonaqlarla nəzaktli davranış qaydalarına riayət etmək
-Səliqəli xarici görünüş, kollektivlə işləmə bacarığı
-Otel sahəsində iş təcrübəsi arzu olunandır
-Həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və normal iş münasibətlərini qoruyub saxlamaq.
Qeyd olunan tələblərə uyğun namizədlər öz CV formalarını “Housekeeping (xadimə)” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
3. Vakansiya: Hostess
Son tarix: 19 may 2022
İş barədə məlumat: Əmək haqqı və İş barədə daha ətraflı məlumat müsahibə zamanı bildirilir.
Əsas vəzifələr:
-Qonaqların qarşılanması, yerlərinə kimi ötürülməsi.
-Yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
Namizədə tələblər:
-Təhsil: Orta
-Yaş həddi: 20-30
-Xoş görünüşlü, ünsiyyətcil, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq
-Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı
-Müvafiq sahədə 1-2 il iş təcrübəsi
-Gözəl xarici görünüşlü və ünsiyyətcil olmalı
-Etik davranış qaydalarına sahib olmalı
-Diqqətli, məsuliyyətli və cəld
-Komandada işləmək bacarığı
-Gülərüzlü və hörmətli olmalı
-Dinləmə mədəniyyəti
-Xarici görünüşünə diqqət göstərməli
-Danışıq qabiliyyəti yüksək olmalı
-Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
-Azərbaycan və rus dillərində danışıq qabiliyyət
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini (şəkilli olması vacibdir) müvafiq vakansiya adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
4. Vakansiya: Housekeeping chef
Son tarix: 19 may 2022
İş haqqında məlumat:
-Tabeciliyində olan ərazilərin təmizlik işini təşkil etmək.
-Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etmək.
-İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etmək.
-Təmizlik işinin gündəlik,həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək.
-Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək.
-Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək.
-İşçi personalının təhlükəsizliyini təmin etmək.
-Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqəda olmaq.
-Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək.
-Stoklara nəzarət etdiyinə görə, tələbat malları bitməmiş bu barədə satın alma managerinə məlumat verir və əksik olan mallar alınıb yerinə qoyulmasına məsuliyyət daşıyır
Əsas tələblər:
-Ən azı 3 il həmin sahədə təcrübə
-Yüksək təşkilatçılıq və nəzarət etmə bacarıqları
-Texniki təmizlik üzrə xərclərin aylıq və illik hesbatının hazırlanması;
-İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
-Analitik düşüncə və analiz qabiliyyətinin olması.
Qeyd olunan tələblərə uyğun namizədlər öz CV formalarını “housekeeping chef” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
5. Vakansiya: Fitness trainer
Son tarix: 19 may 2022
Tələblər:
-Yaş həddi: 30 – 40 yaşlı xanım və bəylər;
-Komandada işləmək bacarığı;
-İngilis və Rus dil bilgisi;
-Bir Fitness Təlimçisi kimi azı 5 il iş təcrübəsi.
-Erkən və ya gec növbələrdə və həftə sonları işləmək.
-İlk Yardım təcrübəsi.
-Hovuzla bağlı hər hansı bir problem olduqda müdaxilə etmə bacarığı
-Mükəmməl ünsiyyət bacarığı.
-İnsanları öyrətmək və motivasiya etmək bacarığı.
İş haqqında məlumat:
-Müxtəlif məşqlər və hər bir müştərinin ehtiyaclarına uyğun şəxsi idman və pəhriz planları hazırlamaq.
-Müştərilərə qidalanma, kilo nəzarəti və həyat tərzi problemləri haqqında məlumat və ya mənbələr təqdim etmək.
-İdman, istirahət fəaliyyəti və idman vasitələrinin istifadəsi ilə bağlı təhlükəsizlik qaydalarını müştərilərə izah etmək.
-İdman salonunun təmizliyini, sağlamlığını və güvənlik təhlükəsi olmadığını təmin etmək.
-Məşqlər və ya dərslər zamanı fərqli fitness və bacarıq səviyyələri üçün alternativ məşqlər planı hazırlamaq.
-Müştərilərin düzgün üsullardan istifadə etdiklərinə əmin olmaq və məşqləri izləmək.
-İdman zalında yerləşən avadanlıqların daima işlək vəziyyətdə olmasına nəzarət etmək.
İş rejimi və qaydası:
-Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
-Geyim, gigiyena və pandemi qaydalarına tam riayət etmək;
-AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.
Qeyd olunan tələblərə uyğun namizədlər öz CV formalarını “fitness trainer” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunUR
6. Vakansiya: FMB Supervisor
Son tarix: 19 may 2022
İş barədə məlumat:
-Ofisiantların həftəlik iş qrafikinin tərtib olunması;
-Satış qiymətlərinə nəzarət;
-Müştərilərin yüksək səviyyədə qarşılanması;
-Müştəri məmnuniyyətinin təmin olunması;
-Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi
-6 günlük iş qrafiki,həftədə 1 dəfə istirahət
-Nahar müəssisə tərəfindən verilir
Namizəd üçün tələblər:
-Ali təhsil,
-Azərbaycan, rus dili biliyi, İngilis dili arzuolunandı,
-İş təcrübəsi 3 ildən yuxarı
Qeyd olunan tələblərə uyğun namizədlər öz CV formalarını “FMB supervisior” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur
Vakansiyalar
- 2 gün, 15 saat, 46 dəq
- 2 gün, 21 saat, 27 dəq
- 2 gün, 21 saat, 31 dəq
- 2 gün, 21 saat, 37 dəq
- 3 gün, 20 saat, 53 dəq