Unitrade Group MMC sürücü ekspeditor axtarır (Yük avtomobili)

İşəgötürən: Unitrade Group MMC
Vakansiya: Sürücü ekspeditor (Yük avtomobili)
Son tarix: 01 iyul 2023
Vəzifə və öhdəlikləri:
-Şöbənin təqdim etdiyi sifarişə əsasən, məhsulun anbardan idarə etdiyi avtonəqliyyat vasitəsinə yığılmasına nəzarət etmək (Qaimələrə əsasən malın yoxlanılması), daha sonra sifarişləri ona ayrılmış ərazi üzrə satış nöqtələrinə çatdırılması
-Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
-Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
-Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
İş qrafiki:
-iş saatı: 09:00 – 18:00;
-1-6 günlər iş, Bazar günü istirahətdir.
Namizədə qarşı tələblər:
-Ciddi və dinamik
-Məsuliyyətli
-Etik davranış qaydalarına riayət edən
-BC katqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir.
Qeyd olunan nömrələrlə yalnız 1-5 günlər saat 09:00 – 18:00 aralığında əlaqə saxlamağınız xahiş olunur: 055 515 66 64
Şirkət Bakı Şəhəri Koroğlu m. yanında yerləşir.
Əmək haqqı 545 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Sürücü” şəklində göstərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 gün, 18 saat, 22 dəq
- 2 gün, 18 saat, 24 dəq
- 2 gün, 18 saat, 26 dəq
- 2 gün, 18 saat, 28 dəq
- 2 gün, 18 saat, 30 dəq