Azprotein Foods Group ekspeditor axtarır

İşəgötürən: Azprotein Foods Group
Vakansiya: Ekspeditor
Son tarix: 02 iyun 2023
Namizədə Tələblər:
-Yaş həddi: 25 – 50 yaş
-Staj: 1-3 il (Sosis/kolbasa və ət məhsullarının istehsalı müəssisəsində təcrübəsinin olması mütləqdir)
-BC kateqoriyalı sürücülük vəsiqəsi
-İşində ciddi və məsuliyyətli olmalı
-Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
-İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi;
-Müəyyən edilən marşrut planı üzrə satış hədəflərinin planlaşdırılması və periodik olaraq yerinə yetirilməsi;
-Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak edilməsi;
-Satış standartlarına uyğun olaraq mağazalarda işlərin həyata keçirilməsi;
-Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərinin izlənilməsi;
-Ticarət obyektlərində məhsulların təqdimatının keçirilməsi;
-Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması;
-Ticarət obyektlərində malların tam çeşidinin olmasına nəzarət edilməsi;
-Ticarət obyektlərində məhsulların düzgün quruluşunun təmin edilməsi;
-Bütün yeni layihələr haqqında müştərilərin məlumatlandırılması;
-Yeni müştərilərin cəlb edilməsi,
-Mövcud olan ticarət nöqtələrinin inkişaf etdirilməsi,
-Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına, sazlığına görə məsuliyyət daşımaq,
-Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkətin dəyər və prinsiplərinə uyğun davranmaq,
-Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək.
Əmək haqqı: 700 manat + bonus
İş qrafiki: 6 günlük.
Nəqliyyat vasitəsi, mobil nömrə şirkət tərəfindən verilir.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 6 saat, 10 dəq
- 2 gün, 6 saat, 13 dəq
- 2 gün, 23 saat, 28 dəq
- 3 gün, 10 dəq
- 3 gün, 12 dəq