Tibbi çağrı mərkəzinə operator tələb olunur

İşəgötürən: PASHA Insurance
Vakansiya: Tibbi çağrı mərkəzinə operator
Son tarix: 07 may 2022
Vəzi̇fə Və Öhdəli̇klər:
-İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
-İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
-Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
-Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
-Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
-Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Bi̇li̇klər:
-Tibb üzrə ali təhsil;
-Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
-Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.
Təcrübə:
-Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.
Bacarıqlar:
-Ünsiyyət qurmaq bacarığı;
-Qeyri standart vəziyyətə cəld reaksiya vermək.
Son müraciət tarixi: 07 may 2022
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalar
- 1 gün, 4 saat, 37 dəq
- 1 gün, 4 saat, 39 dəq
- 1 gün, 4 saat, 41 dəq
- 1 gün, 4 saat, 43 dəq
- 1 gün, 4 saat, 45 dəq