Təhlükəsizlik sistemləri üzrə İT mütəxəssis axtarılır

İT mütəxəssis


İşəgötürən – Araznet MMC

Vəzifə öhdəlikləri:

Avadanlıqların diaqnostikası, avadanlıq qutularının açılması, həm avadanlıqlara həm də onun ana platalarına xarici təsirlərin, fiziki zədələnmələrin müəyyən edilməsi;

Program parametrlərinin müəyyən edilməsi. Qüsurların aradan qaldırılması. Lan portları vasitəsilə hardware program avadanlıq parollarının sıfırlanması, e-poçt vasitəsilə texniki dəstək sorğularının cavablandırılması;

Anbarda nasaz avadanlığın ehtiyyat hissələrinin dəyişdirilməsi və yığılması;

PC vasitəsilə uzaqdan texniki dəstək: avdanlığın qurulması program təminatının yenilənməsi;

Parolların sıfırlanması, modemlərdə və marşrutlaşdırıcılarda port yönləndirilməsi;

Access controller olan avadanlıqların(Fngerprint,Damafon, Üz tanıma sistemlərin, Turniket, Siqnalizasiya, Shlaqbaum nəzarət sistemlırinin) texniki ve proqram təminatının qoşulma prinsiplərini muştərilərə aşılamaq lazım olduqda gedib yerində və yaxud uzaqdan dəstək göstərmək seminar keçmək;

Sifarişçilərə baş çəkmək müştəridən məlumat toplamaq, avadanlığın fiziki və program səviyyəsində sınaqdan keçirilməsi onlara qoşulmuş birləşdiricilərin və kabellərin birləşmələrinin yoxlanılması.

Bilməlidir:

WindowsXP/7 /10, Windows Server (2008,2012,2016,2019) əməliyyat sistemləri

Microsoft Office 2010,2013,2016 Kompüterlərdə və şəbəkə sistemlərində, yeni sistemlər qurma bacarığı

Active Directory, DNS, DHCP, RDS

Təhlükəsizlik sistemləri

Virtuallaşma sistemləri( hyper-V, vmware)

SQL verilənlər bazasında işləmə bacarığı

OpenVPN (Spark)

TCP/IP, VPN, Routing, Forwarding

Namizədə tələblər:

Yaş: 30-40

Ən az 3 il İT mütəxəssis üzrə iş təcrübəsi 

Korporativ ünsiyyət bacarıqları və komandada işləmək bacarığı

Problem həll etmək bacarığı

Rus və ya İngilis dili

Maraqlanan namizədlər CV-lərini  ünvanına ” İT üzrə mütəxəssis” başlığını qeyd edərək   [email protected]   adresinə göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]