Group Motors İT üzrə mütəxəssis axtarır

İT mütəxəssis

programci 2


İşəgötürən: Group Motors

Vakansiya: İT üzrə mütəxəssis

Son tarix: 03 iyun 2023

Bacarıqlar:

Windows Server

-Windows Server əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası, Active Directory və GPO

-Server rollarının və funksiyalarının konfiqurasiyası və idarə edilməsi (fail/print, DNS, DHCP və s.)

Şəbəkə

-Şəbəkə protokolları və topologiyaları

-Şəbəkə avadanlıqları ilə işləmə bacarığı (routerlər, açarlar, firewalllar və s.)

-Şəbəkə problemlərini həll etmək bacarığı

İT Helpdesk

-İstifadəçilərin müraciətlərinə cavab vermək və texniki problemləri həll etmək

-Proqram təminatı və aparat problemləri üçün texniki dəstəyin göstərilməsi

-Ticket sistemində qeydiyyatın aparılması

Əsas vəzifə öhdəlikləri:

-İT-şöbə rəhbərinin tapşırıqların vaxtında yerinə yetirilməsi;

-İstifadəçilərin xidmətlə bağlı sorğuların email;

-İşçi stansiyaların hazırlanması;

-Əməliyyat sistemləri və proqram təminatlarının quraşdırılması və yenilənməsi;

-İT-avadanlığın qoşulması;

-İT-avadanlığın profilaktikası;

-Server otaqları və İT-avadanlığın müvafiq təlimatlara əsasən reqlament yoxlamalarının həyata keçirilməsi;

-Fasiləsiz qidalanma mənbələrinin işinə nəzarət;

-Ofis texnikasının işinə nəzarət;

-Kompüter texnikası və digər İT-avadanlığın servis mərkəzlərinin dəstəyini tələb etməyən ilkin diaqnostikası və təmiri;

-Şəbəkənin quraşdırılması, dəstəklənməsi;

-İT-avadanlıq və sərfiyyat materiallarının anbarda saxlanılması, verilməsinin uçotu;

İş saatı:

-I-V: 9:00-17:00

-VI (növbəli) 10:00-14:00

-Ünvan: Xırdalan

-Əmək haqqı (1000AZN+) Razılaşma yolu ilə, təcrübə və ixtisasdan asılı olaraq.

Namizədlərə tələblər:

-Ali təhsil;

-Əlaqədar sahədə 3  ildən artıq iş təcrübəsi;

-Azərbaycan dili – sərbəst;

-Rus və ingilis dili – yaxşı səviyyədə.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “İT üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]