Şirkətə satış məsləhətçisi tələb olunur
İşəgötürən: Kontakt Home
Vakansiya: Satış məsləhətçisi (Cəlilabad)
Son tarix: 06 may 2022
Təsvir:
-Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
-Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
-Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
-Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
-Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
-İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü).
-Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
-Şirkət daxili təlim və inkişaf imkanları
-Karyera yüksəlişi imkanı
-Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Tələblər:
-Satış təcrübəsi arzu olunandır
-Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
-Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
-Satış qabiliyyəti olmalı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
19 saat, 32 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
20 saat, 28 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 17 saat, 10 dəq
- 2 gün, 17 saat, 13 dəq
- 2 gün, 17 saat, 49 dəq