Şirkətə operator tələb olunur

Operator


İşəgötürən -Enginet LLC

Vəzifə: Çağrı mərkəzi (Call Center) operatoru

Vəzifə öhdəlikləri:

– Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;

-Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;

-Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;

– Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;

-Yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;

– Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;

– Xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;

– Vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.

Namizədə verilən tələblər:

-Ali təhsilə üstünlük verilir

-Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli

-Nitqi aydın və səlis olmalı

– Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı

-Müştərilərlə ünsiyyət qurma bacarığı

-Məsuliyyətli, səbrli, stressə davamlı olmalı

– MS Office proqramlarını bilməli

İş qrafiki:   növbəli, günaşırı.

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.

“ENGINET” şirkəti IT sahəsində sistem inteqrasiyası üzrə hərtərəfli həllər təklif edən mütərəqqi telekommunikasiya xidmətləri təchizatçısıdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]