Şirkətə elektronçu tələb olunur

İşəgötürən: Avrora
Vakansiya: Elektronçu
Əsas vəzifə öhdəlikləri:
-İstehsalat avadanlıqlarının təmiri və diaqnostikası;
-Elektronika avadanlıqlarının modul və komponent səviyyəsində təmiri;
-Elektronika avadanlıqlarının istifadə qaydası üzrə təlimatların hazırlanması;
-Elektronika platalardakı nasazlıqların təmir edilməsi;
-Elektronika avadanlıqlarının texniki vəziyyətinin yoxlanmasında iştirak edilməsi;
-Təmir olunmuş elektronika avadanlıqlarına texniki baxışın keçirilməsi;
-Elektrik mühərriklərindəki nasazlıqların aradan qaldırılması.
Tələb olunan bilik və bacarıqlar:
-Elektronika avadanlıqlarının istismar qaydaları üzrə biliklər;
-Elektronika ehtiyyat hissələrinin təmiri və dəyişdirilməsi qaydası üzrə biliklər;
-İstehsalat avadanlıqları üzrə elektronika bilikləri.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-Energetika ixtisası üzrə ali təhsil;
-Elektronika sahəsi üzrə minimum 3 il iş təcrübəsi (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlük hesab olunur);
-Dil bilikləri: Azərbaycan dili (Rus dili və İngilis dili arzuolunandır);
-MS Office proqramları üzrə biliklər.
İş şərtlərimiz:
-İş qrafiki : Növbəli;
-İş yeri: Avrora Sənaye Parkı, Hökməli qəsəbəsi.
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Servis;
-Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektronçu” yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 9 saat, 41 dəq
-
1 ay, 3 həftə, 6 gün, 5 saat, 12 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 13 saat, 10 dəq
- 2 ay, 4 gün, 13 saat
- 2 ay, 4 gün, 13 saat, 3 dəq