Şirkətə “Baş Mexanik” tələb olunur
“Fresh Logistics” “Baş Mexanik” vakansiyasını elan edib.
Vəzifə ilə bağlı biliklər:
-Nəqliyyat vasitələrinə və mexanizmlərə texniki qulluq və təmirin təşkili, eləcə də müddətlərini;
-Azərbaycan Respublikası ərazisində qüvvədə olan yol hərəkəti qaydalarını, MDB ölkələrində və Avropada yol hərəkəti qaydalarının xüsusiyyətlərini;
-Əməyin mühafizəsi qaydalarını və normalarını, təhlükəsizlik qaydaları və yol hərəkəti təhlükəsizliyini;
Funksiyaları:
-Dövri maarifləndirmənin lazımi səviyyədə saxlanması, sürücülərin peşə bacarıqlarının və nizam-intizamının yüksəldilməsi;
-Nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə istismarının təşkili.
-Sığorta, texniki baxış və digər bu kimi yerli qanunvericiliklə müəyyən olunan proseslərə nəzarət və vaxtında lazımi sənədləşmə işlərinin aparılması;
– Müəssisənin İR xidməti ilə birlikdə sürücülərin hazırlanmasını və sertifikatlaşdırılmasını təşkil etmək.
-Təsdiq olunmuş planlara, daşıma qrafiklərinə uyğun olaraq yük avtomobillərinin texniki cəhətdən saz vəziyyətdə xəttə buraxılmasını təmin etmək.
-Müəssisənin avtonəqliyyat vasitələrinə dövri texniki baxışı təşkil etmək və keçirmək, yoxlamanın nəticələrinə əsasən departament rəhbərinə protokol tərtib etmək, aşkar edilmiş nöqsan və nasazlıqların aradan qaldırılmasına nəzarət etmək.
– Avtoservisdə texniki vəziyyəti və iş həcmini müəyyən etmək üçün avtomobilləri yoxlamaq, təmir işlərinin vaxtında aparılması üçün zərurət yarandığı hallarda görüşlər təyin etmək, lazım gələrsə elektron sorğular göndərmək.
– Təmir işlərinin gecikməsiz aparılması üçün zəruri ehtiyat hissələrin və sərf malların anbar qalığının yaradılmasına dair təkliflər hazırlayır;
– Mümkün olduqda , yerində kiçik təmir işlərinin aparılmasının təmin edilməsi.
– Sürücülər tərəfindən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulmasının səbəblərinin uçotunu aparılması, təhlili və önləyici tədbirlərin həyata keçirilməsi .
– Sürücülərin səfərqabağı tibbi müayinəsini təşkil edilməsi , sürücülərinin səfərqabağı müayinədən keçməsinə və təkrar tibbi müayinələrin vaxtında keçirilməsinə nəzarət;
– Şirkətin daxili korporativ qaydalarına, ünsiyyət qaydalarına, rəsmi etiketə və subordinasiya qaydalarına riayət edir.
Namizədə tələlər:
– Təhsil: Avtomobil mexanikası üzrə ali və ya peşə təhsilli;
– Təcrübə: Qeyd olunan vəzifə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi;
– Kompüter biliyi: Microsoft Ofis (Excel, Word) proqramlarında sərbəst işləmə bacarığı
– Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzuolunandır)
İş şəraiti:
– Həftə ərzində 5 günlük iş qrafiki
– İş saatı: 09:00-18:00
– Əmək haqqı: 1000 AZN (NET)
– Nahar və servis şirkət tərəfindən qarşılanır
– İş yeri: Bakı şəh., Ələsgər Qayıbov 11B
Maraqlanan namizədlər öz cv formalarını [email protected] mail ünvanına vakansiyanın adını qeyd edərək göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 11 saat, 33 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 12 saat, 28 dəq
- 7 ay, 3 həftə, 14 saat, 21 dəq
- 10 ay, 3 həftə, 5 gün, 9 saat, 6 dəq
-
11 ay, 1 həftə, 4 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır