Şirkətə satış məsləhətçisi tələb olunur
İşəgötürən: AzəriMed QSC
Vakansiya: Satış məsləhətçisi
Son tarix: 18 aprel 2022
Tələblər:
-Yaş: 18-35;
-Təhsil: Ali və ya orta ixtisas tibb təhsili mütləqdir (tibbi və biomühəndis ixtisasları üzrə məzunlara üstünlük verilir);
-Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
-Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı mütləqdir, Türk və ingilis dili biliyi üstünlükdür;
-Şəxsi avtomobilin olması üstünlükdür;
-İşində dəqiq və məsuliyyətli olmaq;
-Kommunikasiya və komanda içində işləmə bacarığı:
Vəzifə öhdəlikləri:
-Tibbi ləvazimat, tibbi avadanlıq və tibbi sərf mallarının tanıtımının və satışının həyata keçirilməsi;
-Şirkətin qoyduğu satış hədəflərinin yerinə yetirilməsi;
-İxtisas həkimlərin müəyyənləşdirilib cəlb edilməsi, həkim bazasının formalaşdırılması, həkimlərlə və klinikanın təchizat əməkdaşları ilə əlaqələrin qurulması;
-İşgüzar və korporativ danışıqların aparılması;
-Görülmüş işlər barədə gündəlik müvafiq hesabatların hazırlanması;
-Xəstəxanada ediləcək əməliyatlarda iştrak etməsi;
-Ölkədə və xaricdə müntəzam olaraq treninglərdə iştrak etmək və məlumatları mənimsəyərək öz bilik və bacarıq səviyyəsini artırmaq.
İş şəraiti:
-İş qrafiki: I-V günlər – 09:00-18:00
-Əmək haqqı: 400-1000 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür
-Transport və ammortizasiya xərcləri (şəxsi avtomobil olduqda) şirkət tərəfindən qarşılanır
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Vakansiyalar
- 2 ay, 4 gün, 4 saat, 47 dəq
- 3 ay, 2 gün, 6 saat, 40 dəq
- 6 ay, 1 həftə, 1 saat, 25 dəq
-
6 ay, 2 həftə, 4 gün, 20 saat, 56 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 2 gün, 4 saat, 54 dəq