Sirab ASC satış təmsilçisi axtarır (Supermarket)

İşəgötürən: Sirab ASC
Vakansiya: Satış təmsilçisi (Supermarket)
Son tarix: 27 iyun 2022
Əsas tələblər:
-Minimum təhsil dərəcəsi: Orta-ixtisas;
-Komputer bilikləri: MS Office – yaxşı;
-Dil bilikləri: Azərbaycan dili – əla;
-Yaş həddi: 22 – 30;
-Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il satış təcrübəsi;
-Satış sahəsində karyera qurmağı hədəf seçən.
Fərdi keyfiyyət göstəriciləri:
-Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
-Komanda ilə işləmə bacarığı;
-Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
-Planlaşdırma və problem həll etmə bacarığı;
-İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;
İş barədə:
-Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
-Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
-Məhsulların tənzimlənməsi və varlığının yoxlanması təmin etmək;
-Yeni məhsulları tanıtmaq;
-Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək;
-Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onlara nəzarət etmək;
-Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
-Fix və Satışa görə bonus;
-Yemək pulu şirkət tərəfindən;
-Korporativ telefon nömrəsi və danışıq paketi;
-İş qrafiki: 6 günlük iş həftəsi, bazar günü istirahət.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış təmsilçisi (Supermarket)” yazmaqla [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 gün, 6 saat, 8 dəq
- 1 gün, 6 saat, 10 dəq
- 1 gün, 6 saat, 12 dəq
- 1 gün, 6 saat, 14 dəq
- 1 gün, 6 saat, 16 dəq