Sinteks Group of Companies kategoriya meneceri axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Kategoriya meneceri
Son tarix: 05 oktyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Kateqoriya üzrə menecer tələb olunur.
Vəzifənin rolu:
Kateqoriya menecerinin rolu əmtəə məhsullarının alışını təşkil etmək, mağaza konsepsiyasına uyğun yeni markaların mənbələrini müəyyən etmək, həmçinin bazarda brendi idarə və inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
-Mövsüm satışlarının təhlili əsasında hər bir mövcud və yeni brendlərə dair sifariş büdcəsini hazırlayır
-Partnyorlarla alış sessiyalarının vaxtını təyin edir. Zərurət yarandıqda alış büdcəsini razılaşdırır
-Alış sessiyalarında vaxtında sifarişlər verir, sifarişlərə dair ümumi məlumatları idarə edir, habelə sifariş endirimlərini, məhsulun hazırlanma və göndərilmə vaxtını və digər məsələləri razılaşdırır
-Sifarişlər hazır olduqda ödənişləri və məhsulun çatdırılmasını təşkil edir
-Vizual Merçandayzerə brendin VM tələblərini təqdim edir və mağazalarda əmtəə məhsullarının həmin tələblərə uyğun sərgilənməsinə nəzarət edir
-Marketinq şöbəsinə brendlə əlaqədar tələb və tövsiyyələr verir
-Brendin satış hədəflərinə çatmasına maksimum səy göstərir
Əsas tələblər:
Təhsil:
-Ali təhsil arzuolunandır
Təcrübə:
-Moda sahəsində 5 ilədək təcrübə
-Procurment sahəsində təcrübə arzu olunandır
Professional Biliklər:
-İngilis dili yaxşı səviyyədə
-MS Office Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
-Analitik qabiliyət
-Danışıqların aparılması
-Təşkilatçılıq
-Təqdimat bacarıqları
-Ünsiyyət bacarıqları
-Vaxtın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (051) 229-06-77.
Vakansiyalar
- 11 saat, 15 dəq
-
11 saat, 17 dəq
Casino on-line setting: engagement structure and player experience
-
11 saat, 17 dəq
Casino on-line setting: interaction layout and player experience
-
11 saat, 17 dəq
Casino on-line setting: interaction layout and player experience
-
11 saat, 17 dəq
Casino on-line platforms: gameplay structure and player engagement