Quşçuluq şirkətinə qəssab tələb olunur

Qəssab


İşəgötürən – “MURAD AQRO” MMC şirkəti

Vakansiya – Kəsim sahəsi üzrə Qəssab

İş yeri: Sumqayit şəhəri Sülh k.

Əlaqə üçün nömrə : 0557456290

Vəzifəsi Qarşısına qoyulmuş plan və tapşırıqları vaxtında yerinə yetirməlidir.

Kəsilən hər bir quşu “bismillah” (Allahın adı ilə) ilə kəsməlidir;

“HALAL” standartının şərtlərinə tam əməl etməlidir;

Kritik kontrol nöqtələrini daim nəzarətdə saxlamalıdır.

Kritik kontrol nöqtələri aşağıdakılardır:

– keyləmə voltajı, amperi, tezliyi və quşun keçmə müddəti

– keyləmədən sonra quşun ayılma müddəti

– quşun nəfəs borusu, yemək borusu və 2 şah damarı kəsilməlidi.

Hər bir quş kəsilərkən “bismilləh” deyilməlididir.

– qan süzülmə müddəti

– qan süzüldükdən sonra nəzarətçinin olması (tam ölməmiş quşları konveyerdən çıxarmalıdır ki isti su vannasına girməsin)

– Təmin edildiyi müvafiq invertarları, mövsümə uyğun geyim və ayaqqabıları səmərəli istifadə etməlidir.

– Əmək və istehsalat intizamına əməl etməli, vəzifə borclarını və daxili intizam qaydalarını yerinə yetirməlidir.

– Müəyyən edilmiş dövrdə istehsalat sanitariyası, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və yanğından mühafizə tədbirlərinə əməl edilməsi barədə Vaxtında tibbi müayinədən keçməlidir. Məsuliyyəti

– Qəssab bu vəzifə təlimatında ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə, layiqincə və ya tam yerinə yetirilməməsinə, həmçinin, hərəkətləri nəticəsində müəssisəyə dəymiş zərərə görə məsuliyyət daşıyır və vurulmuş zərər tam olaraq ödənilməlidir.

Həmçinin, o, öz vəzifələrinin icrası prosesində yol verdiyi hüquq və qanun pozuntularına görə, Azərbaycan Respublikası inzibati, mülki və cinayət qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

– Qəssab, həmçinin, aşağıdakılar ilə əlaqədar müəssisə qarşısında məsuliyyət daşıyır və onun tərəfindən əmək funksiyalarının pozulması kimi hesab olunacaq və əmək müqaviləsinə “Murad Agro” MMC tərəfindən birtərəfli qaydada xitam verilməsinə səbəb olacaqdır:

“Murad Agro” MMC-də tətbiq edilən standartların və sertifikatların tələblərinin yerinə yetirilməməsinə görə;

HALAL Standartının tələblərinin yerinə yetirilməməsinə görə;

– Müəssisədə tətbiq olunan kritik kontrol nöqtələrinin tələblərinin yerinə yetirilməməsinə görə;

İstifadə etdiyi avadanlıqlardan düzgün istifadə edilməməsinə və saz saxlanmasını təmin etmədiyinə görə;

– Müəssisənin əmlakına, işlətdiyi avadanlıqlara və ya onunla birgə çalışanlara ziyan, zərər vurmasına, həmçinin, digər sahələrin fəaliyyətini pozmasına görə;

– Ona rəhbərlik edən şəxslərin tapşırıqlarının yerinə yetirilməməsinə görə;

– Təmizlik, gigiyena və yanğından mühafizə qaydalarına riayət etmədiyinə görə;

– Müəssisədən oğurluq edilməsinə və ya hər hansı bir əşyanın gizli şəkildə götürülməsinə görə;

– İş prosesində istifadə olunan materialların səmərəli istifadə olunmamasına görə;

– Müəssisəyə aid bütün növ məlumatları özündə əks etdirən fikirlərin, foto, video və ya digər materialların sosial şəbəkələrdə və ya digər ictimai vasitələrlə yayılmasına görə;

– Bu vəzifə təlimatında göstərilən vəzifələrin yerinə yetirilməməsinə və ya tam yerinə yetirilməməsinə görə.

Biz sizə təklif edirik:

Əmək məcəlləsinə uyğun sənədləşmə

İş qrafiki:

Tam iş günü; Nahar 13:00-14:00. 6 günlük iş rejimi.

Nahar və servis şirkət tərəfindən təmin olunur.

İş Sumqayit şəhərində yerləşir.

Əmək haqqı: namizədin təcrübəsinə uyğun müəyyənləşdirilir

Maraqlanan şəxslərdən CV-lərini e-mail adresinə [email protected] “Kəsim sahəsi üzrə Qəssab” başlığı ilə göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]