“Qartal Tikinti Firması”na universal inşaat işçiləri tələb olunur

İşəgötürən – Qartal Tikinti Firması
Vəzifə – Betonçu-armaturçu
Əmək haqqı: 750-800 AZN
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
-İşçi işində dəqiq və məsuliyyətli olmalı, müvafiq iş təcrübəsi olmalıdır;
-Universal inşaat işçisi arzu olunandır;
-Sumqayıt şəhərində yaşamayanların müraciəti arzu olunan deyil;
-Hər bir halda 08:00-da sahəyə gedilərək işə başlanmalıdır;
-İşlər daima keyfiyyətli və təhlükəsiz yerinə yetirilməlidir. Bəzən ağır iş rejimində sürətli iş tələb oluna bilər;
-22-45 yaş.
İş haqqında məlumat:
-İşə qəbul olunacaq işçi sayı 10 nəfərdir;
-Əlavə iş saatlarının dəyəri tək qat ödənəcəkdir;
-Layihənin sonunda fərqlənən işçilər digər layihələrə cəlb ediləcək və uyğun görülərsə əmək haqlarında artıma gediləcəkdir. İşçinin sınaq müddətinin ilk 3 günündə işə uyğun olmadığı müəyyən edilərsə, əmək haqqı ödənilmədən kənarlaşdırılacaqdır;
-Rəhbərliyin verdiyi digər tapşırıqların ayırd edilmədən icra edilməsi vacibdir.
İş şəraiti:
-İş saatı – 08:00-18:00;
-İstirahət günü – Bazar günləri;
-Nahar firma tərəfindən təmin edilir;
-Bölgələrdə aparılan işlərdə yemək, nəqliyyat, qalacaq yer xərcləri firma tərəfindən qarşılanacaqdır.
-İş yeri Bakı və Sumqayıt şəhərləridir. Ehtiyac yarandıqda bölgələrdə də iş təşkil olunacaqdır.
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini e-mail [email protected] adresinə, mövzu hissəsində “betonçu-armaturçu” yazmaqla göndərmələri xahiş olunur.
CV göndərə bilməyən namizədlərin Sumqayıt şəh. 48-ci məh. Koroğlu prospekti 278 ünvanında yerləşən Qartal Tikinti Firmasının Baş Ofisinə müraciət edərək, təqdim edilən hazır CV formasını doldurmaları xahiş olunur.
Əlaqə nömrəsi: (+994 50) 235 48 67 . Həftənin I-V günləri və 10:00-17:00 saatlarından kənar vaxtlarda və yersiz zəng edən namizədlərin müraciəti heç bir üzrlü səbəb nəzərə alınmadan qəbul olunmayacaqdır. CV-lər dəyərləndirildikdən sonra uyğun görülən namizədlərlə əlaqə saxlanacaqdır.
Şirkət haqqında
Qartal Tikinti Firmasının әsas fәaliyyәt növü telekommunikasiya obyektlәrinin tikintisi, hәrbi obyektlәrin tikintisi, radar izlәmә sistemlәrinin tikintisi, radio-quraşdırma vә digәr tikinti-quraşdırma işlәridir. Hündürlükdә işlәr, telekommunikasiya obyektlәrinin tikintisi vә xüsusi tәyinatlı obyektlәrin tikintisi üzrә Qartal Tikinti Firması Azәrbaycan inşaat bazarında lider firmadır.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 10 saat, 11 dəq
-
1 ay, 3 həftə, 1 gün, 5 saat, 42 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 13 saat, 40 dəq
- 2 ay, 13 saat, 30 dəq
- 2 ay, 13 saat, 33 dəq