Psixoloq tələb olunur

Psixoloq


İşəgötürən – Türk Dünyası Atatürk Liseyi

 Vəzifə öhdəlikləri:

Psixoloji maarifləndirmə;

Şagirdlər ilə psixoloji konsultasiyanın aparılması;

İlkin psixoloji yardımın göstərilməsi;

Psixoloji müayinənin aparılması;

Psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsi (individual, qrup);

Psixoloji testlər vasitəsi ilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların və ya problemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;

Vəzifəyə olan tələblər:

Psixologiya ixtisası üzrə ali təhsil;

Azərbaycan dilində səlis danışmalı;

Minimum 3 (üç) il iş təcrübəsi;

Komandada işləmə, şəxsiyyətlərarası münasibətlərin qurulması və məxfiliyin saxlanması bacarığı;

Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi ünsiyyət bacarığı;

Vəzifə haqqında məlumat:

İş günləri: 1-6 günlər, bazar günü istirahət;

Əmək haqqı: razılaşma yolu ilə.

Maraqlanan və uyğun namizədlərin CV-lərini mövzu hissəsində “Psixoloq” qeyd etməklə    [email protected]   adresinə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır. 

Tel: (+994)12 310-39-22

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]