Polad Boru zavodu “Çilingər” axtarır
Azertexnolayn MMC-nin Polad Boru zavodu Çilingər vakansiyası üzrə işçi qəbulunu elan edir.
İş saatı : Növbəli
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəlikləri :
– Əsas və yardımçı avadanlığının, yükqaldıran maşın və mexanizmlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq;
– Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərinin yerinə yetirmək;
– Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərinin yerinə yetirmək, Takelaj avadanlıqları və ləvazimatları sınaqdan çıxarmaq;
– Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, mexaniki hissələrin zədələnməsini aşkar etmək.
– Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
– Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan çıxarılmaya, yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq;
– Quraşdırma oxlarının nişanlanma, qurulma və yerinin dəyişdirilmə üsullarını təşkil etmək;
– Quraşdırılan avadanlığın tarazlaşma, mərkəzləşmə, yoxlanılıb düzəldilmə və tənzimlənmə üsullarını təşkil etmək;
– Əl və mexanikləşdirilmiş alətlərin köməyi ilə görüləcək işləri uyğun şəkildə yerinə yetirmək;
– Quraşdırılan sistem elementlərinin yerində uyğunlaşdırmaq. Qol boru və keçidlərin yerində hazırlamaq;
– Şablon üzrə detalları nişanlamaq. Oyuqları deşmək. Yivli və flanşlı birləşmələri yığmaq;
Bilməlidir:
– Quraşdırılan, sökülən, təmir olunan avadanlıqların təyinatını;
– Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatların nomenklaturasını;
– Fiziki-mexaniki analiz üçün cihazların və onların seçmə qurğularının işləmə prinsipini və quraşdırma xüsusiyyətlərini;
– Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını;
– Avadanlıqların işlənmə və yerdəyişmə, habelə mexanikləşdirilmiş takelaj avadanlığından istifadə etmə üsullarını;
– Mexanikləşdirilmiş alətdən istifadə etmək üsullarını. Quraşdırılmış avadanlıqların yoxlanıb düzəldilməsinin ən sadə üsullarını;
-Yanğın təhlükəsizliyinin tələblərini bilməli və yanğından mühafizə vəsaitlərindən istifadəni;
– Şirkət daxili etik qaydaları.Əməyin mühafizəsi, təhlükəsizlik
Nahar şirkət tərəfindən təmin olunur.
CV-lərinizi [email protected] email ünvanınavakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 5 saat, 51 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 6 saat, 46 dəq
- 7 ay, 2 həftə, 2 gün, 8 saat, 39 dəq
- 10 ay, 3 həftə, 3 saat, 24 dəq
-
11 ay, 1 gün, 22 saat, 55 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır