PASHA Insurance telesatış operatoru axtarır – tibbi sığorta üzrə
İşəgötürən: PASHA Insurance
Vakansiya: Telesatış Operatoru – Tibbi sığorta üzrə
Son tarix: 18 iyun 2022
Vəzifə və Öhdəliklər:
-Satış həcminin artırılması məqsədilə şirkətin Tibbi sığorta məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatının həyata keçirilməsi
-Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması
-Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması
-Satışdan sonra müştərilərə tibbi sığorta üzrə məlumat xarakterli dəstəyin göstərilməsi
Biliklər:
-Ali təhsil
-Tibbi təhsil arzu olunandır (Ali, Orta ixtisas və ya Səhiyyə sahəsi ilə bağlı peşə və ya ixtisas artırma kursları)
-Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
-Rus və İngilis dili biliklərinin olması üstünlük hesab edilir
-Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı
Təcrübə:
-Səhiyyə sektorunun istənilən sahəsində 1 ildən az olmayan iş təcrübəsi
-Tibbi sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür
Bacarıqlar:
-Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması
-Daimi öz üzərində işləmək, bilik və bacarıqların artırılması və inkişaf yönümlülük
-Komanda ilə işləmək bacarığı
Son müraciət tarixi: 18 iyun 2022
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 12 saat, 48 dəq
-
1 gün, 12 saat, 54 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
-
1 ay, 2 həftə, 2 gün, 10 saat, 13 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 3 həftə, 5 gün, 23 saat, 34 dəq
- 7 ay, 3 həftə, 5 gün, 23 saat, 36 dəq